Federal lәzgi
milli-mәdәni muxtariyyәti

"Azərbaycan multikulturalizmi"

Bakının tolerantlıq siyasəti yüksəlib

Son illərdə Azərbaycanda  "Azərbaycan multikulturalizmin” dərinliyi və Azərbaycan mədəniyyətinin zənginliyi ilə dünyanı təəcübləndirən bir sıra tədbirin tətbiqi başlayıb. Həmin tədbirlərdə azsaylı xalqların mədəniyyətlərinə də yer ayrılıb.

 

Bu yaxınlarda Azərbaycanda "İpək yolu” Şəki VI Beynəlxalq Musiqi Festivalı keçirilib. Bu festival  "Yuxarı Karvansaray” otel kompleksində keçirilmişdir. Festivalda tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərin ifasında maraqlı konsert proqramı təqdim olunmuşdur.

Festivalın birinci günlərdə tamaşaçılar Turkiyə, Yaponiya və Polşa musiqi kollektivlərin çıxışlarını seyr edə bildilər. İlk olaraq bu il  "İpək yolu” Şəki Beynəlxalq Musiqi Festivalının repertuarına ölkədə yaşayan azsaylı xalqların milli musiqi, folklyor və rəqslərin nümunələri daxil olunmuşdur.

 

Keçirilmiş bu konsert Bakı Beynəlxalq multikulturalizm Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur. Bakı Beynəlxalq multikulturalizm Mərkəzi 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Həmin Mərkəzdə ilk dəyirmi masa "Mən fəxr eləyirəm ki, mən Azərbaycanlıyam!” devizi altında keçirilmişdir.

 

Yerli mətbuatın verdiyi məlumata görə, həmin deviz eyni zamanda bir neçə, əsasən Azərbaycanın azsaylı xalqların yaşadığı bölgələrdə səslənmişdir. Tədbirlər həmdə Quba və Xaçmaz, Zakatala və Qax, Astara və Lənkəran, həmçinin İsmayıllı, Qazax və Şamaxıda keçirilib. Bu tədbirlər Dünya Tolerantlıq gününə həsr olunmuşdur.

Əvvələr biz görürdük ki, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti ümümi Azərbaycan mədəniyyəti ilə qarışmış şəkildə təqdim olunurdu. Buna nümunə olaraq Şəki şəhəri haqqında Eurovision ərəfəsində hazırlanmış təqdimat videosunu göstərmək olar.

Bu gün isə biz müşahidə edirik ki, Azərbaycan haqda olan ümumi təqdimatda ləzgi və ləzgidilli xalqların heç olmasa adı çəkilir. Lakin bütün bu təşəbbüslər əvvəlki kimi "Mən fəxr eləyirəm ki, mən Azərbaycanlıyam!” and ilə tamamlanır.

 

Şübhəsiz ki, Rusiya cəmiyyətində mövcüd olan multikulturalizmin səviyyəsinə çatmaq üçün, və Rusiyada mövcüd olan azsaylı xalqların mədəniyyətlərinin inkişaf və qorunma imkanlarına nail olmaq üçün, Azərbaycan hələ uzun bir yol keçməlidir.

Farida Sancax

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Qusarda mədəni transformasiya?

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Amerika Günləri Festivalı başlayıb

Şəki “Şəhər Günü”nə hazırlaşır

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz