Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Şahdağ: assimilyasiya planın kurortu

Turizm komplekslərinin əks tərəfi


Şahdağ: assimilyasiya planın kurortu

Saytımız, tarixən Ləzgi qrupunun  millətlər ilə məskunlaşdığı, Şimali Azərbaycan rayonlarının sosial-iqtisadi, mədəni, təhsil və mənəvi problemlərinə daim diqqət yetirir.

 

Regionun unikal etnik və mədəni rəngarəngliyinin qorunmasına əlavə olunan yeni problem və təhdidlərdən biri bütün Azərbaycan cəmiyyətinin yeni həyat standartlarının bu regionlara gətirilməsidir. Şahdağ reytinqdədir.

 "Şahdağ” Qış-Yay Turizm Kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb. Bu reytinq turizm xidməti  Travel.ru  və "Forbes” tərəfindən tərtib olunmuşdur.  

Şahdağ: assimilyasiya planın kurortu

 

"Şahdağ" Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Zirvə ləzgi xalqın tarixən yaşadığı Qusar rayonun ərazisindədir. "Şahdağ" kurortu, bütün Şimali Azərbaycan regionu kimi, bütün ölkədən sakinləri cəlb edir.

Belə ki, keçmiş Qafqaz Albaniyasının paytaxtı və siyasi mərkəzi olan Qəbələ ətrafında yerləşən rayonların da populyarlığı Azərbaycanda artır. Bu populyarlıq həm də Qəbələ Radio Lokasiya Stansiyasının fəaliyyətnin dayandırılması ilə bağlıdır.

Azərbaycan Qəbələ rayonda yeni turizm zonasının açılışına hazırlaşır. Burada təbiət həqiqətən çox gözəldir. Azərbaycan elitasının nümayəndələri artıq burada özləri üçün malikanələri tikməyə başlayıblar.

Belə çıxır ki, ləzgi dilli xalqlarının tarixən məskunlaşdığı ərazinin yarısı bütöv respublika istirahət zonasına çevrilir və etnik azərbaycanlılar ilə məskunlaşdırılır.

Müəlliflərimiz əvvələr də qeyd eləmişdilər ki, Şimali Azərbaycanda turizmin inkişafı rəsmi Bakının maraqlarına cavab verir. Birincisi, bu dövlət büdcəsinə yaxşı gəlir mənbəyidir.

İkincisi, vətəndaşların iş yerləri ilə təmin olunma dövlət sosial funksiyası həyata keçirilir. Ləzgi xalqı üçün isə bu baş verənlər yaxşı heç nə vəd etmir.  

Şahdağ: assimilyasiya planın kurortu

 

İş yerləri haqqında əgər danışsaq ehtimal edə bilərik ki,  burada da Şahdağ xizək kompleksdəki kimi, işə yerli camaat götürülməyəcək.

Rayonlar, özünə burada elit evləri tikən, tezə varlanmış insanlar ilə məskunlaşdırılacaq. Bundan əlavə, buraya minlərlə azərbaycanlı iş heyəti cəlb olunacaq.

Əvvələrdə saytımız qeyd eləmişdir ki, bütün bu baş verənlər nəticəsində bu regionun etnik tarazlıqları tamamilə azərbaycanlıların xeyrinə deyişdiriləcək. Ləzgilər isə öz tarixi torpaqlarında azlıq təşkil edəcək.

Farida Sancax

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Azərbaycanda yerli xalqların problemləri

AŞPA komitəsi Sərsəng su anbarı üzrə q&# ...

Qusarda yeni infrastruktur

Azərbaycan soyadlarını dəyişir

Şahdağın da hakim ailəyə məxsus olduğu & ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz