Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusarda mədəni transformasiya?

“Azərbaycanın folklyor paytaxtı”

Bu yaxınlarda məlum oldu ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Qusar 2016-cı ildə Azərbaycanın "folklyor paytaxtı” seçilib. Təqdimat martın 11-də Bakıda Muzey Mərkəzində keçirilmişdir.

Təqdimatda Qusar rayon İcra Başçısının müavini Elman Mustafayev iştirak eləmişdir. O, il ərzində regionda elmi-praktik konfranslar, dəyirmi masalar, konsert programlar, müsabiqələr, festivallar, sərgilər və info-turların təşkil olunacağını qeyd elədi.  

Qeyd eləmək lazımdır ki, Azərbaycanın böyük qeyri-türk etnik qrupu olan Qusar rayonunda yaşayan ləzgilər bu layihəyə böyük ümüdlər bəsləyirlər.

İlk növbədə bu Azərbaycanda yaşayan ləzgilərin dil və mədəniyyət inkişafı problemlərinə diqqətin əskik olması, ləzgi və ölkənin digər yerli xalqların tarixinin öyrənilməsi ardıcıl programın olmaması ilə bağlıdır.

Bütün bu problemlər, əlbətdə, illər ərzində Azərbaycan ləzgilərin mədəniyyətinin inkişafı dərcəsinin azalmasına gətirib çıxardı. Xüsusən bu ziyalılar arasında, təhsil, incəsənət, sənətkarlıq sahələrində hiss olunur.

Bizim fikrimizcə, "folklyor paytaxtı” layihə çərçivəsində regional hakimiyyət organları yalnız elmi-nəzəri fəaliyyəti deyil, həm də Qusar rayonunda xüsusi təhsil və mədəni-tarixi obyektlərin bərpası və yaradılması ilə məşğul olmalıdırlar.

Ləzgi xalqın milli musiqi, mahnı, şe’r və rəqs incəsənətinin unikal nümunələrinin  toplanması, əmalı və nəşri təşkil olunmalıdır. Nəhayət, yerli ləzgi Televiziya və Radionun yaradılması məsələsini qaldırılmaq lazımdır.

Xüsusi bənd isə Azərbaycan və Dağıstan ləzgiləri arasında əlaqələrin yaradılması olmalıdır. Bu, ilk növbədə, mədəni dialoqun yaradılması, birgə layihə və tədbirlərin keçirilməsi, nümayəndə heyətlərinin bir-birinin ziyarət etməsi olmalıdır.

Sonda qeyd edək ki, Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Azərbaycan hakimiyyətinin qərarını alqışlayır və ümid edir ki, Azərbaycanda inter-etnik dialoqun sabitləşməsinə və inkişafına yönəlmiş rəsmi Bakının təlimatları yerli rayon hakimiyyət nümayəndələri tərəfindən yüksək keyfiyyətlə və vaxtında həyata keçiriləcəklər.

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Şahdağ: assimilyasiya planın kurortu

Azərbaycanda yerli xalqların problemləri

Qusar ləzgilərin gələcəyi necə olacaq

"Azərbaycan multikulturalizmi"

Ləzgilər mədəniyyət forumunda

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz