Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ümummilli “Yaran Suvar”

Dərbənd şəhərində bahar bayramı keçirildi

Ümummilli “Yaran Suvar”

Martın 19-da Dərbənd şəhərində Azadlıq meydanında geniş miqyaslı ümummilli Yaran Suvar bayramı keçirildi (Cənubi Dağıstan müxtəlif xalqları bu bayramı "Novruz”, "Ebelcan”, "Hidin üş”, "Er”, "Yuhvanin yuğ” adlandırır).

 

Bayram Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti, "Dərbənd” sosial və mədəni irsi fondu və Dərbənd şəhər rəhbərliyi tərəfindən təşkil olunmuşdur.

Yaran Suvara həsr olunmuş bayram konsertinin əvvəlində, Dağıstan Respublikasının Baş naziri Abdusamad Gamidov, Rusiya Federasiyası Dövlət Duma deputatı Mamed Abasov, Dərbənd şəhər rəhbəri Malik Bagliyev və digərləri öz təbrik sözləri ilə Dərbənd şəhər sakinləri və şəhər qonaqları qarşısında çıxış elədilər.

Ümummilli “Yaran Suvar”

 

Bayram konsertində Mahaçqaladan "Suna can” folklyor kollektivi, Bakıdan "Suvar” ansamblının solisti Cəmilə Zalova, Ləzgi, Tabasaran və Azərbaycan teatrlarının kollektivləri, Rutul rayonundan zurnaçı, artistlər İlçin Kuliev, Maryam Kazieva, Laurita, Sabina Abdullaeva, Camilya, Osman və Tamila Mixrabovlar, "Dərbənd” şəhər xalq çalğı alətləri ansamblı, Belici kəndindən "Kaspiy” uşaq rəqs folkyor ansamblı, Dərbənd musiqi texnikumunun tələbələri, "Viktoriya” vokal qrupu, "Piruet” xoreoqrafik ansamblı çıxış elədilər. Konsertin sonunda "Dərbənd-2000” himni səsləndi.

Yaran Suvar bayram konsertindən sonra Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin Prezidenti Arif Kərimov öz təəsüratlarını paylaşdı:

"Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti ikinci ildir ki Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti və Cənubi Dağıstanın bələdiyyələri ilə birgə bu tədbiri keçirir. Bu bizim ümumi bahar bayramımızdır. Onu birgə keçirərək bizim əsas məqsədimiz Cənubi Dağıstan xalqlarının birliyini gücləndirməkdir.

Konsertdən əvvəl Dərbənd şəhər bələdiyyəsində biz Azərbaycan icması ilə görüş keçirtdik. Həll olunmalı çöxsaylı məsələlər və problemlərinin müzakirəsi oldu. Ümumi qərara gəldik ki, şəhərdə millətlərarası sülh və harmoniyanı pozan provokatorlara qarşı birgə mübarizə aparaq, dostluq və sülh içində yaşamağına, hər bir xalqın adət-ənənələrinə hörmətlə yanaşmağa, Cənubi Dağıstan xeyrinə işləməyə birgə çağıraq”.

Ümummilli “Yaran Suvar”

 

Dəyirmi masada FLMMM nümayəndələri, AzərRos FMMM Prezidenti Mehriban Sadikova, Rusiya Federasiyasi Dövlət Duma deputatı Mamed Abasov və digər dövlət və ictimai xadimləri iştirak elədilər.

Dərbənd şəhər rəhbərliyi və ictimayyəti ilə görüşlər çərçivəsində, yaranan məsələlər və anlaşılmazlıqları vaxtında aradan qaldırmaq üçün şəhərdə ləzgi və azərbaycan xalqlarının ağsaqqalar şurasının yaradılması haqqında təklifi irəli sürdüm. Bu təşəbbüs məmnuniyyətlə qəbul olundu”.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

2016-cı ilin Birinci İclası

Ləzgi mədəniyyətinin döyünən ür< ...

FLMMM-in payız sessiyası

FLMMM-nin gəncləri

Qurban payı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz