Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qəbələdə arxeoloji tapıntılar

Qəbələdə Avropada ən qədim katakomba tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan "Qədim Qəbələ” ekspedisiyası öz araşdırmaları davam etdirir.

 

Oxu.az saytının məlumatına görə, ekspedisiyaya institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli rəhbərlik edir. Ekspedisiyanın əsas tədqiqat obyekti Qəbələ beynəlxalq aeroportu ərazisindəki qədim yaşayış məskəni olub. Bu Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskənidir. Bu abidədə aparılan qazıntılar nəticəsində arxeologlar minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar ediblər.

 

Müəyyən edilib ki, Qalayerində qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanmış müxtəlif tip saxsı qablar tapılıb. Abidədə eyni zamanda o dövrdə Yaxın Şərqdə ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissəsi də aşkar olunub:

"Arxeoloji ekspedisiya eyni zamanda mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsini aşkar elədi və bu elmi çevrələrdə sensasiya doğurdu”.

N. Müseyiblinin sözlərinə görə, 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.

Dizaxlı kənd sakini Yasin Qəribovun məlumatına görə, ekspedisiya Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib.

Qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları və 30-a yaxın saxsı qablar aşkar edilib.

 

Ekspedisiya rəhbərinin bildirdiyinə görə, buradakı məzarlardan aşkar edilmiş arxeoloji artefaktlar digər abidələrdən olan tapıntılarla müqayisədə, Şirvan, Quba-Xaçmaz bölgələrində, Cənubi Dağıstanda, xüsusilə də Dərbənd ətrafı ərazilərində aşkar edilmiş 3-cü minilliyin atributlarıdırlar.

Bu qazıntıların nəticələri Şərqi Qafqaz mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.

 

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Əli Abbasov: “Xristianlıq və islam arasında dialoq yoxd ...

Vətəndaş cəmiyyəti Bakıda tarixi binaları ...

ABŞ nümayəndə heyətini Bakıda

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyy ...

Mədəniyyətlərin kəsişmə nöqtəs ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz