Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Unudulmuş Cənubi Dağıstan

Maliyyə problemi mədəniyyət inkişafını boğur

Son illər ərizində Dağıstan Respublikasının rəhbərliyi regionda mədəniyyətin və təhsilin inkişafının strateji əhəmiyyəti haqqında çox danışırdı.

 

Belə ki, bu yaxınlarda Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva TASS agentliyinə verdiyi müsahibədə mədəniyyət və təhsildə nailiyyətlər və gələcək planlar haqqında danışdı.

Bu müsahibəni təhlil edəndə bir çox sullar yaranır.

2000 illiyini qeyd edən Dərbəndin əhalisi demək olar ki xarici parıltıdan başqa bir şey eldə etmədilər. Sual olaraq qalır, çoxmilyardlı büdcə ayrılması Mahacqalada kimin əlinə keçdi. Şəhərin "əlavə maliyyələşdirmə" və 2018-ci ilə qədər təmir işlərinin uzadılması vədlərinə heç kəs daha inanmır.

Ləzgi qəhrəman dastanı "Şarviliyə” həsr olunmuş milli bayram  hər il, Dağıstanın digər hissələrində keçirilən festivallardan və tədbirlərdən fərqli olaraq, tədbir təşkilatçılarının hesabına keçirilir.

Nazirə həm də onu xatırlatmaq istəyirik ki, Axtı kəndində yerləşən Askar-Sarıdja adına uşaq incəsənət məktəbi zəif maliyyələşdirmə nəticəsində bağlanmışdır.

"Çoxmillətli respublikada ənənəvi mədəniyyət milli təhlükəsizliyin və bütövlüyün resursu, xalqların yaxınlaşması kanalıdır”, Butayeva müsahibəsində deyir.

Unudulmuş Cənubi Dağıstan

 

Burada yenə Derbəndin yubiley tədbirini xatırladaq. Çoxsalyı mədəni, musiqili, tarixi və bədii hissələrdən ibarət olan bu tədbirdə şəhərin qədimi təsisçilərinin nəvələri olan ləzgi dilli xalqlara, onların tarixi və mədəniyyətinə demək olar ki diqqət yetirilməmişdir.

Daha sonra müsahibədə Dağıstanda Azərbaycan teatrının açılması mövzüsuna da toxunuldu. Bu gözəl təşəbbüsdür və yeni teatrın açılmasına yalnız sevinmək olar. Amma öz növbəsində ümid edirik ki, bu böyük yaradıcı proses qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıqdır. Və Azərbaycanda yaşayan soydaşlarımız Dağıstan Respublikasının hakimiyyətinin onların mədəni həyatında iştirakına ümid edə bilərlər, amma təəsüflər olsun ki buna inam azdır.

Müsahibənin sonunda mədəniyyət naziri Dağıstanın şəhərlərində və kəndlərində uşaqların estetik təhsilinin qorunması və genişləndirilməsinin əhəmiyyəti barədə danışır.

 

İlk dəfə deyil ki, Cənubi Dağıstan şəhərlərinin və kəndlərinin qeyri-mütənasib maliyyələşdirmə haqqında danışılır. Amma fəal inkişaf edən Şimali Dağıstanın fonunda Cənubi Dağıstan tədricən ölkənin ən məzlum hissəsinə çevrilir. Çox zaman hakimiyyət məktəbəqədər müəssisələrin, ümumtəhsil məktəblərinin, əlavə təhsil müəssisələrin, teatrların vəziyyətinə fikir vermir. Bir çox məktəblərin əsaslı təmirə ehtiyacı var.

Lakin bütün bunlara baxmayaraq, tarixən təhsilin yüksək səviyyəsi ilə məşhur olan Cənubi Dağıstan, hələ də öz nüfuzunu qoruyub saxlayır.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Azərbaycanda Dağıstan günləri

A.Kərimov Derbend-2000 haqqında

Ləzgi teatrın tarixi

Qafqaz Albaniyası və İran

FLMMM-nin gəncləri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz