Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusar teatrı Moskvada

Rusiyanın paytaxtına teatrın ilk səfəri

Qusar teatrı Moskvada

Oktyabrın 30-da Qusar Dövlət Ləzgi Dram Teatrı "Çayka” mədəniyyət evinin səhnəsində ləzgi dilində Moskva tamaşaçılarının qarşısında "Mənim Sədəfim” və "Arşın Mal Alan” tamaşaları ilə çıxış elədi.

 

Qeyd edək ki, bu tədbir Moskvada yaşayan həmyerlilərimiz Şahid Askerov, Seymur Kadırov, Cavid Rahmanov, Kadır Qaraxanov, Fazil Hacıyev, Elçin Sultanov və Vladimir şəhərində yaşayan Şahlar İsayevin maliyyə dəstəyi ilə təşkil olunmuşdur. İnformasiya tə təşkilat dəstəyi isə FLMMM tərəfindən göstərilmişdir .

Teatr işçiləri zalın foyesində ləzgilərin dekorativ-sənət əşyalarını qoymuşdular. Mədəniyyət evinin döşəmələri isə Ləzgi xalçalar ilə serilmişdir.

Qusar teatrı Moskvada

 

Qusar dram teatrın direktoru Faik Qardaşov səhnəyə çıxaraq hamını salamladı. Bütün truppanın adından Rusiya paytaxtına səfəri ilə bağlı olan sevincini ifadə elədi. Teatra və ümumiyyətlə Ləzgi mədəniyyəti üçün bu səfərin vacibliyini vurğuladı.

Sonra Şahid Askerov çıxış edərək bu cür tədbirlərin vacibliyi haqqında danışdı və qeyd elədi ki, belə tədbirlər o cümlədən tədbirlərin təşəbbüsçülərini dəstəkləməyə hazır olar tamaşaçılarının köməyi ilə həyata keçir.

Asəf Mehmanın (Abdullayevin) pyesi əsasında qoyulan "Mənim Sədəfim” musiqili tamaşa bir saatdan çox davam elədi və tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Xüsusilə əsas rolları oynayan Kifayət Yusufova, Lalə Qurbanova və Yalçın Qaraxanovu qeyd eləmək istərdik.

Fasilə zamanı qonaqlar "Qızıl zala” dəvət olundular və orada onları Qusardan olan musiqiçi və rəqqaslar qarşıladılar. Aktyor Bağır Əhmedov  Məşədi İbad obrazında hamını rəqsə dəvət edirdi. Belə ki, fasilə zamanı mini-dem təşkil olunmuşdur.

Qusar teatrı Moskvada

 

Yarım saat davam edən fasilədən sonra ikinci "Arşın mal alan” tamaşası başladı. Bu tamaşa da bir saat davam elədi. İstedadlı oyun ilə Kəmalə Qasımova, Rəhilə Hacıbəyova, Hasret Nasrullayev və xüsusilə Veli obrazını ifa eləyən İsmət Sadıyev seçildilər. Tamaşanın sonunda aktyorlar "Perizada” ləzgi mahnısını ifa elədilər. Tamaşaçılar onları qurultulu alqışları ilə dəstəklədilər.

Son söz üçün səhnəyə Nizami Abdulgamidov dəvət olundu. Ləzgi ictimayyəti adından o teatra öz təşəkkürünü bildirdi.

Qusar teatrı Moskvada

 

Sonda onu qeyd eləmək istərdik ki, Qusar Ləzgi Teatrın tamaşaları, Sədaqət Kərimovanın yaradıcılıq gecəsi kimi tədbirlər dövlət sərhədin hər iki tərəfində yaşayan ləzgilər arasında mədəniyyət körpülərinin bərpasının sübutudur.

Dövlət sərhədi ilə bölünmüş Ləzgi və Dağıstan xalqlarının mədəni əlaqələrin əhəmiyyətini FLMMM dəfələrlə vurğulamışdır və Dağıstan və Azərbaycan hakimiyyətlərini bu istiqamətdə işlərin fəallaşdırılmasına çağırır. Bu əlbətdə ki hər iki respublikanın xalqlarının mədəni həyatına müsbət təsir göstərəcək.

İnaya Nurmətova

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgilərin adının tabulaşdırması?

"Azərbaycan multikulturalizmi"

Ləzgi teatra daha çox diqqət!

Ləzgi aktrisalara həsr olunmuş gecə

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz