Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ədalətli qərar

Mübahisəli film TV yayimdan götürüldü

 

Noyabr  ayın sonunda saytımızda "Qafqaz albanları yenə türk adlandırıldı” adı altında məqalə nəşr olunmuşdur. Həmin məqalə "Cümə məsçidi. Sivilizasiyalarının kəsişməsində” adı altında nümayiş olunan film haqqında idi. Bu filmdə Rusiyanın qədim şəhəri olan, güya qədim türklərin yaratdığı, Dərbəndin tarixi təhrif olunmuşdur. Rusiya Çoğrafiya Cəmiyyətinin maliyə dəstəyi ilə çəkilmiş bu film bir neçə həftə ərzində "Mənim planetim” telekanalında nümayiş olunmuşdur. FLMMM-nin səyləri sayəsində bu barədə məlumat Rusiya Çoğrafiya Cəmiyyətinə çatdırılmış və nəticədə film ekrandan çıxarılmışdır.

Məqaləni dərc etdikdən sonra FLMMM-in heyəti dərhal bu barədə məlumatı müxtəlif təşkilatlara yaydı. Xüsusən bu işdə FLMMM-ə Rusiya Prezidenti yanında Dağıstan Respubılikasının Daimi Nümayəndəliyi dəstək göstərdi. Nümayəndəliyin əməkdaşları Rusiya Çoğrafiya Cəmiyyətinə müraciət etdilər, və Rusiya Coğrafiya Cəmiyyəti öz növbədə Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzinə sorğu göndərdilər.

Nəticədə Dağıstan Elmi Mərkəzi film haqqında 3 səhifəli ekspert rəyi göndərmişdir. Bu rəy Dağıstan Elmi Mərkəzinin sədr müavini, tarixi elmlər doktoru , professor Murtuzali Hacıyev tərəfindən hazırlanmışdır. O filmi mənfi qiymətləndirdi və qeyd elədi ki, filmdə tarix və mədəniyyət təhrif olunmuşdur. Həmdə filmin elmi məsləhətçisinin olmadığını qeyd elədi.

Bu rəy Rusiya Coğrafiya Cəmiyyətinə öz təsirini göstərdi, və nəticədə bu film TV yayımdan istisna olunmuşdur. Ümid edirik ki, Rusiya Çoğrafiya Cəmiyyəti və "Mənim planetim” telekanalı bu hadisədən sonra əfirə çıxarılan filmlərin seçiminə daha diqqətlə yanaşarlar.

Tarix saxtakarları ilə mübarizə etnik münasibətlərin gərginləşməsini aradan götürmək üçün vacibdir, və bu addım, şübhəsiz ki, Dərbənd şəhərində, son vaxtlar müxtəlif təxribatçılar tərəfindən qarışdırılan etnik münasibətlərinin bərpa olunmasında oz rolunu oynayacaqdır.

 

İyera Ramazanova

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Mədəniyyətlərin kəsişmə nöqtəsi

FLMMM turizm forumunda

Yeni ilə yeni layihələr ilə

“Suleymanın dövrü gəlir...”

Qafqaz albanları yenə türk adlandırıldı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz