Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi problemi Avropa Parlamentində

Azərbaycan milli azlıqların problemləri

2015-ci ilin Mayın 5-də Brüsseldə Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) və Talış Milli Hərəkatı (LTB) "Azərbaycan: ikili standartlar və milli azlıqların hüquqlarının pozulması" mövzusunda konfrans keçirtdi.

 

Konfrans Avropa parlamentinin deputatları  sosial-demokrat Lavrenti Rebega (Laurenţiu Rebega), eləcə də Avropa Xalq Partiyasından olan Yaromir Ştettin (Jaromír Štětina) və Bogdan Venta (Bogdan Wenta) ilə birgə təşkil olunmuşdur.

Tədbirdə  alimlər, jurnalistlər, fəallar və görkəmli Avropa siyasətçiləri - Avropa Parlamentinin cari və keçmiş üzvləri Avropa Xalq Partiyasından olan Şaba Sogor, sosial-demokrat Damian Dragiçi və Frenk Şvalba-Got iştirak etdilər.

 

Konfransı giriş sözü ilə Avropa Parlamentinin Deputatı Bogdan Venta açdı. O, öz çıxışında Azərbaycanda milli azlıqların vəziyyəti barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğuladı və mövzuya həsr olunmuş tədbirin təşkil etmək imkanını xoş qarşıladı. O, həmçinin Avropa İttifaqı azadlıq və azlıqların hüquqlarının təşviq etdiyini qeyd elədi, və Avropa İttifaqı öz tərəfdaşlarından da eyni siyasəti gözləməyə hüququna malik olduğunu vurğuladı.

Avropa Parlamentinin Deputatı Yaromir Stettin Azərbaycanda milli azlıqlar həqiqətən çətin vəziyyətdə olduğunu qeyd elədi, və onlar ilə həmrəy olduğunu bildirdi.

Müzakirələrin birinci hissəsi çətin şərtlərdə milli azlıqların hüquqlarının müdafiəsinə aid oldu. İştirakçılar Azərbaycanın indiki siyasi kontekstində insan hüquqlarının müdafiəsi sahəsində problemlərin aradan qaldırılması üsullarını inkişaf etdirməyə çalışdılar.

Azlıqların Hüquqları proqramlarının koordinatoru Şorena Kobaidze Cənubi Qafqazın müxtəlifliyi haqda danışdı və Azərbaycanın və onun qonşu dövlətlərin dərin müqayisəni təklif elədi. Xanım Kobaidze Azərbaycanda ümumi hüquqi iqlimi mənfi qiymətləndirdi. O qeyd elədi ki, qorxu hissi insanların milli azlıqların hüquqlarının müzakirəsinin qarşısını alır, hökümət insan hüquqları müdafiəçilərinin fəaliyyətinə və hərəkət azadlığına məhdudiyyət qoyur.

2013-cü ildə Dağıstan və Azərbaycanda səfərdə olan Gulia Renye və Gerona  Zandberg konfrans iştirakçıları ilə öz təcrübəsinə əsaslanan təəssüratlar ilə paylaşdılar. Onlar əsasən o faktı qeyd elədilər ki,  müsahibə verməyə hazır olan ləzgi tapmaq çətin idi. Onların sözlərinə görə, bütün həmsöhbətlər onların ailələri üçün mümkün mənfi nəticələrdən qorxurdular.

 

Kofransın ikinci hissəsi "İnkişaf yolları: Vətəndaş cəmiyyəti təşəbbüsləri, iqtisadi inkişaf və beynəlxalq strategiyalar" adı altında keçirildi və əsas müzakirə mövzusu Azərbaycanda milli azlıqların hüquqlarının qorunması üçün nəzəri və praktiki alternativlər oldu. Talış Milli Hərəkatının prezidenti Əlikram Hümbətov, Robert van Engelenburg və digərləri çıxış elədilər.

Bu konfarnsın əsas məqsədi bir çox ölkələrdə milli azlıqların hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlər barədə məlumatı adi insanlara və bütün dövlətl rəhbərlərinə çatdırmaq idi.

UNPO materiallardan 

.

.

Maybe you are interested in:

FLMMM ləzgi dilini qoruyur

Avropa Parlamentinin üzvü siyasətçiləri Bakıya getməməyə çağırıb

2014-cü ilin nəticələri

FLMMM Avropa Parlamentində

Avropa Parlamentinin ve BMT-nin tehqiqat missiyasinin numayende heyeti Azerbaycanda olub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz