Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bizə nə fayda?

R.Abdulatipovun Azərbaycan fermerlərinə təklifi

Bizə nə fayda?

Bir ay əvvəl Dağıstan rəhbərliyinin Azərbaycan sahibkarlarına Cənubi Dağıstanda əkinçilik sahələrin icarəyə verilməsi təşəbbüsü haqqında məlum oldu.

Ötən ay Bakı şəhərində VII Azərbaycan-Rusiya regionlararası forumu keçirildi. Forumda iki ölkədən olan dövlət və özəl təşkilatlardan 600-dən yuxarı sahibkar iştirak elədi. Forum iştirakçıları turizm, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı və humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə etdilər.

Forum çərçivəsində Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov jurnalistlərin qarşısında gözlənilməz bəyanatla çıxış elədi. O, Azərbaycan sahibkarlarına Dərbənd ətrafında torpaqlarını icarəyə götürməyi təklif elədi. Dağıstan rəhbərinin sözlərinə görə, Azərbaycan sahibkarları ilə söhbət zamanı onlar Azərbaycandan Rusiyaya ixracın iki ölkə arasında gömrük prosedurlarının sadələşdirilməsini istədiklərini ifadə elədilər.

Bizə nə fayda?

Amma bu müqavilə Dağıstana yalnız zərər verir:

·        dövlət xəzinəsinə gömrük gəlirlər azalır;

·        bazarda yerli məhsulların qorunması ləğv olunur;

·        qiymətlərin formalaşmasına dövlətin təsir imkanı məhdudlaşır;

·        yerli istehsalçılardan torpaq resurslara çıxış alınır;

·        Cənubi Dağıstanda  su təchizatı ilə bağlı problem kəskin mürəkkəbləşir;

·        kənd təsərrüfatda çalışan dağıstanlıların sosial-iqtisadi vəziyyəti gərginləşir.

Biz anlamırıq ki, niyə biz bu torpaqları icarəyə veririk. Dağıstanlıların maraqlarının qorunmasında öhdəliklərinə qarşı hakimiyyətin laqeydliyi davam edir.

Onu da qeyd etməliyik ki, Dağıstan rəhbərinin çoxsaylı qalmaqallı bəyanatları çox zaman Cənubi Dağıstan və yerli əhalinin, torpaq sahiblərinin, fermerlərinin və sahibkarlarının maraqlarına qarşı yönəlmişdir.

 

Magomed Abdullayev

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Abdulatipov Dağıstan torpaqlarını Azərbaycanlı ...

Unudulmuş Cənubi Dağıstan

Azərbaycanda Dağıstan günləri

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyy ...

Ləzgilər mədəniyyət forumunda

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz