Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Quruş kəndi

FLMMM-in etnoqrafik ekspedisiyası

Quruş kəndi

Bu ilin avqust ayında FLMMM üç nəfərdən ibarət delegasiyanı Cənubi Dağıstana etnoqrafik ekspedisiyaya göndərdi. Delegasiya üzvləri Doquzpara, Axtı, Məhərəmxür, Qurax və Suleyman-Stal rayonlarının kəndlərində oldular.

 

Ekspedisiya, ilk növbədə, elmi xarakteri daşıyırdı: onun əsas məqsədi etnoqrafik və folklyor materialın yığılması idi. Bir həftə ərzində ekspedisiya üzvləri Cənubi Dağıstan kəndlərini gəzdi, ağsaqqallar və mədəniyyət işçiləri ilə görüşdü və müxtəlif kəndlərdə gündəlik həyat ənənələri, sənətkarlıq və xüsusiyyətlər haqqında çoxlu maraqlı məlumat topladılar.

Səfər Doquzpara rayonun Quruş kəndinə ziyarət ilə başladı. Hündürlüyü dəniz səviyyəsindən 2565 m., əhalisi isə təxminən 800 nəfərdən ibarət olan Quruş kəndi Avropanın ən yüksək məskunlaşma nöqtəsidir. Ekspedisiya üzvləri kəndin ən yaşlı insanların evlərinə getdilər və xeyli məlumat topladılar.

Quruş kəndi

 

Əsas məlumat toy adətləri haqqında oldu. Əvvələr gənclər nadir hallarda özlərinə həyat yoldaşı seçirdilər. Əsasən onların yerinə valideynləri bunu edirdilər və valideynlərin iradəsi övladlar tərəfindən qəbul olunmalı idi, müqavimət göstərilmirdi.

Toy üç gün qeyd olunurdu. Əvvəl qocalar, sonra qadınlar və sonda isə gənclər dəvət olunurdu. Qeyd etmək lazımdır ki, hətta 20-ci əsrin ortalarında toy süfrələrində indi ki kimi bolluq yox idi. Əsasən şorba və plov, desertə isə ləzgi halvası – isita olurdu.

Gəlinlik paltarı ağ parçadan tikilmirdi. Bü günə qədər mövcüd olan rənglə bağlı adət gəlinin başını və üzünü qırmızı dəsmal ilə örtürülməsidir.

Evləndikdən sonra bir neçə müddət cütlük bir-biri ilə insanlar qarşısında danışmamalı idilər. Ömrünün sonuna qədər davam edən qayda isə valideynlər qarşısında onlarının biri-birini ad ilə çağırmaq qadağası idi. Gəlin həyat yoldaşının valideynlərini "ana”, "ata” deyə çağırmalı, öz valideynlərini isə yalnız birinci uşağın dünyaya gəldikdən sonra görə bilirdi.

 

Kaniya Şamsiyeva

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Madridin Ləzgi ulduzu

Qusarda yeni infrastruktur

FLMMM-nin gəncləri

Ədalətli qərar

Dinara Yunus: “Valideynlərimin həbsdə qalması öl&# ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz