Federal lәzgi
milli-mәdәni muxtariyyәti

2016-cı ilin nəticələri

FLMMM Şura iclası

2016-cı ilin nəticələri

Dekabrın 12-də FLMMM-in 2016-ci ildə yekun Şura iclası keçirildi.

 

İclasda Şura üzvlərindən əlavə, Yaroslavl regional ləzgi milli-mədəni muxtariyyətinin rəhbəri Vasif Gasanov, FLMMM təftiş komissiyasının sədri Şixmagomed Mursalov və FLMMM yanında Ləzgi xalqların Koordinasiya Şurasının rəhbəri Ramazan Mamedov dəvət olunmuşdurlar.

İclasda ilk növbədə FLMMM 2016-ci il nəticələrinin və 2017-ci ilə planlaşdırılmış əsas işlərinin müzakirəsi oldu. FLMMM Prezidenti 2016-ci ildə FLMMM-in keçirdiyi əsas tədbirlərini qeyd elədi:

Dərbənd şəhər administrasiyası ilə birgə keçirilmiş ləzgi xalqların ənənəvi "Yaran Suvar” bayramı;

Gənclər departamentinin fəaliyyəti: Cənubi Dağıstan rayonlarında çoxsaylı xeyriyyə tədbirləri, o cümlədən Qurban bayramında iftarlar, bələdiyyə orqanları, ziyalılar və din nümayəndələri ilə görüşlər; Mahaçqala şəhərində Cənubi Dağıstandan olan əlaçı tələbələrinin mükafatlandırılması və s.

2016-cı ilin nəticələri

 

Beynəlxalq fəaliyyət:

-        Polşada,Vorclav şəhərində FUEN (Avropa Millətlər Birliyi) 61-ci illik kongresdə iştirakı;

-        FLMMM Prezidenti Arif Kərimovun ATƏTin milli azlıqlar işləri üzrə Ali Komissarı Astrid Turs ilə görüşü;

-        FLMMM nümayendə heyətnin BMT Qeyri-Hökumət Təşkilatları üzrə Komitəsinin növbəti sessiyasında iştirakı;

-        Beynəlxalq səviyyədə elmi fəaliyyət – FLMMM Vitse-prezidenti Ruslan Qurbanovun Brussel Universitetində bölünmüş Ləzgi xalqın problemləri haqqında mühazirələri.

Daha sonra novbəti ilin tədbirlər planının müzakirəsi başladı. Onların arasında, Arif Kərimov "Qafqaz Albaniyasının xristianlığın qəbulu" beynəlxalq elmi konfransın, eləcə də "Rusiya xalqlarının birliyinin möhkəmlənməsində milli-mədəni muxtariyyətlərin rolu", "Keçmiş SSRİ xalqlarının ümumi tarixi kontekstində rusiya gənclərinin vətənpərvərlik tərbiyəsi problemləri”, "Rusiya xalqlarının doğma dillərin qorunması və inkişafı problemləri” və s. kimi müvafiq mövzular üzrə ekspert dəyirmi masaların keçirilməsini qeyd elədi.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

FLMMM-in payız sessiyası

FLMMM FUEN Kongresində

BMT-də Ləzgi probləmin müzakirəsi

ATƏT-da FLMMM-in səsi

FLMMM-in payız sessiyası

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz