Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Şurası “Azərbaycanda ifadə və media azadlığı” layihəsindən nə gözləyir?

 

Sentyabrın 29-da Bakıda "Azərbaycanda ifadə və media azadlığı” layihəsi çərçivəsində keçirilən konfransın mövzusu "İnformasiya cəmiyyətinin problemlərinə müraciət” idi.

Əsas diqqət ifadə azadlığının bir hissəsi kimi informasiya azadlığının həyata keçirilməsi və Avropa təcrübəsi ilə tanışlıq üzərində cəmlənmişdi.

AŞ-ın Bakı ofisinin rəhbəri Draqana Filipoviçin verdiyi məlumata görə, konfrans AŞ-ın Azərbaycanla əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində tədbirlər silsiləsindəndir.

O qeyd edib ki, informasiyaya azad çıxış Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilmiş ifadə azadlığının mühüm elementidir.

Layihənin məqsədi Azərbaycanda plüralist medianın inkişafına töhfə verməkdir.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib ki, beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində çoxdan belə bir tədbir keçirilməmişdi. O, konfransın gələcək əməkdaşlığa təkan verəcəyinə ümidini ifadə edib.

Daha sonra Amaşov Azərbaycanda informasiya azadlığının həyata keçirilməsi üçün geniş hüquqi baza olduğunu qeyd edib.

Avropa Şurasının ifadə və media azadlığına dəstək layihələrinin proqram meneceri Leyla Marşaniya Azərbaycan üzrə konkret layihə haqqında məlumat verib.

Əsas məqsəd ifadə və informasiya azadlığı sahəsində Azərbaycan qanunvericiliyinin AŞ standartlarına uyğunlaşdırılması, jurnalistlərin təhlükəsizliyinin təşviqi və artırılmasıdır.

Layihə çərçivəsində (2015-2017-ci illər) AŞ müvafiq dövlət orqanları, yerli və beynəlxalq ekspertlər, universitetlər, media və QHT peşəkarları ilə əməkdaşlıq etmək niyyətindədir.

AŞ həmçinin ölkənin cinayət qanunvericiliyindən diffamasiyanın çıxarılacağına və məntiqəuyğun və proporsional vətəndaş məsuliyyəti tədbirlərinin müəyyən edilməsidir.

Həmçinin jurnalistlərə hüquqi yardım göstərilməsi üçün müstəqil hüquqi xidmətin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, jurnalistlərin peşə təlimi keyfiyyətinin artırılması, AŞ standartlarına uyğun etik qaydaları əks etdirən təhsil proqramlarının əlçatanlığının təmin edilməsi nəzərdə tutulur.

Azərbaycanda İnternetə daha geniş çıxışın formalaşdırılmasına yardım etmək də məqsəd olaraq qarşıya qoyulur.

Ədliyyə Nazirliyi, Mətbuat Şurası və Ombudsman Aparatının nümayəndələri Azərbaycanda informasiya azadlığının vəziyyəti haqqında məruzələr təqdim ediblər. Onlar əsasən qanunvericiliyin mütərəqqi normalarını qeyd ediblər, problemlər haqqında danışarkən isə jurnalistlərin şəxsi həyatın məxfiliyini pozmasından şikayətləniblər.

Lakin jurnalistlərin fəaliyyət şəraitinin və informasiyaya çıxışın yaxşılaşdırılması haqqında heç bir təklif səslənməyib.

AŞ-ın Azərbaycan ofisinin layihə meneceri Pərvanə Bayramova, beynəlxalq ekspertlər Staffan Dalhoff (İsveç) və Nevena Ruziç informasiya azadlığının həyata keçirilməsi üzrə qabaqcıl Avropa təcrübəsindən danışıblar.

Xüsusən, qeyd edilib ki, Avropa Konvensiyasının 10-cu maddəsində ifadə azadlığının öz fikrinə sadiq qalmaq azadlığını və ictimai hakimiyyət tərəfindən hər-hansı müdaxilə olmadan və dövlət sərhədlərindən asılı olmadan informasiya almaq və yaymaq azadlığını ehtiva edir.

Doğrudur, milli təhlükəsizlik, ictimai asayiş, ərazi bütövlüyü və s. nöqteyi-nəzərdən bu azadlığın məhdudlaşdırılmasına yol verilir. Amma bu məhdudiyyətlər özləri "məhdud” olmalı, demokratiyaya uyğun olaraq qanunda dəqiq təsvir edilməli və proporsional olmalıdır. 

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Şurasının İnternet azadlığına dair konfransı

Avropa Şurası jurnalistlərin təhlükəsizliyi mövzusunda “dəyirmi masa” keçirir

Avropa Şurası və Aİ Azərbaycanda 4,7 mln. avroluq layihələr həyata keçirəcək

Azərbaycan ifadə azadlığı pozuntularına görə tənqid edilib

Avropa Şurası növbəti dəfə narahatdır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz