Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Devalvasiya

 

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı il ərzində ikinci dəfə milli valyutanın dəyərdən düşməsini elan etdikdə Azərbaycan manatının devalvasiyasında İsveçrə izi özünü bir daha göstərdi. Bu dəfə manat 48% və ya fevraldakından 14% daha çox ucuzlaşdı.

Prezident İlham Əliyev dekabrın 19-da Ermənistan prezidenti Sarkisyanla nəzərdə tutulmuş görüş üçün "qara bazar ertəsindən” bir həftə əvvəl İsveçrəyə yola düşüb. Amma onu daha çox narahat edən məsələ neft qiymətlərinin ucuzlaşmaqda davam etməsi ilə əlaqədar ölkənin pisləşməkdə olan ödəmə balansının vəziyyəti idi. Çox güman ki, o, bilgili maliyyə dairələrində bu məsələyə cavab axtarırdı.

Birinci devalvasiya haqqında qərar da faktiki olaraq yanvarın 22-də İsveçrəyə səfərdən sonra məhz bu şəkildə qəbul edilmişdi. Formal olaraq bu, Davos İqtisadi Forumu ilə bağlı səfər idi. Amma bu səfər yanvarın 27-də hökumətin fövqəladə iclasının çağırılması və fevralın 21-də manatın devalvasiyasından əvvəlki və sonrakı tədbirlərin həyata keçirilməsi üçün təkan oldu.

2014-cü il iyunun 22-də neftin bir barelinin qiyməti 115 dollarda donub qaldıqdan və yavaş-yavaş azalmağa başladıqdan sonra Əliyev komandasının davranış xətti göstərir ki, prezidentin əhatəsi bu halı müvəqqəti hesab edirdi və qiymətlərin 100 dollarlıq qiymətə qayıdacağı ümidi ilə fırtınanın keçməsini gözləmək strategiyası seçmişdi. 2015-ci ildə neftin nəzərdə tutulmuş 90 dollarlıq orta qiyməti buna dəlalət edir. Komanda növbəti dövrdə heç bir addım atmırdı, manatın məzənnəsini sürətlə artan, milyardları keçən neft dollarları axınları ilə dəstəkləyirdi.

Yalnız ilk devalvasiyadan sonra iqtisadi kursda müəyyən məcburi düzəliş həyata keçirilməyə başladı. Bu, Dünya Bankı ilə çərçivə sənədinin qəbul edilməsi ilə nəticələndi. Sənəd qeyri-neft sektorunun inkişafına və 2020-ci ilə qədər Azərbaycan ictimai təbəqəsində orta sinif seqmentinin 30%-ə qədər artırılmasına söykənən iqtisadiyyatın sabitləşdirilməsi üzrə beş illik fəaliyyət planını nəzərdə tutur.

Amma hətta bu sazişin mövcudluğu son vaxta qədər hakimiyyətin geniş islahatlar yolundan gedəcəyi demək deyildi. Bu, ilk növbədə iqtisadiyyatın inhisardan çıxarılması və azad mal və xidmət istehsalçıları dairəsinin genişləndirilməsi istəyinin olmaması, ikincisi, neft qiymətlərinin müəyyən dərəcədə sabitləşməsi və hətta maya doğru bir q&# 

  "Doğrudur, dünya iqtisadiyyatı bir qədər zəifləyib, templər bir qədər düşüb, amma neft qiymətlərinin 3 dəfə ucuzlayacağı qədər deyil. Şəxsən mən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir və onun məksədi sirr deyil, Azərbaycan isə bundan əziyyət çəkir”. Prezident İlham Əliyev
601;dər artması ilə əlaqədardır. Qiymətlərin bir qədər artmasına neft böhranından çıxış kimi baxılırdı. Bu cür amillər Dünya Bankında da nəzərə alınırdı, payızın əvvəllərində Bank hakimiyyəti islahatlara tələsməyə çağırdı.

 

Bütün bunlarla yanaşı, hakimiyyəti daha adekvat siyasət həyata keçirməyə vadar edən xətt izlənilir. Qeyri-sabitlik dövründə sabitlik adacığı haqqında ritorika ölkəni xarici böhranlardan qorumaq məqsədi daşıyan tədbir kimi təqdim edilən birinci devalvasiyadan sonra dəyişir. Və nəhayət, ABŞ-ın Rusiyaya qarşı yönəlmiş və dolayısıyla Azərbaycana da toxunan neft dempinqinin nəticəsi kimi təqdim olunan ikinci devalvasiya.

Bununla hakimiyyət etiraf edir ki, bütün yaranmış mənzərə ölkənin neftdən asılılığının və yerli iqtisadiyyatın həddindən artıq zəif olmasının nəticəsidir. Lakin Azərbaycanın mənfi beynəlxalq trend şəraitində qeyri-neft inkişaf yoluna çıxmalı olduğu haqqında anlayış artıq prezident komandasında ağıllara batıb. Həmçinin, komandanın diplomatcasına haqqında danışmadığı iki mühüm amil də onu buna təhrik edir. Birinci amil ondan ibarətdir ki, qiymətlərin azalmasının siyasi aspekti təkcə Rusiyaya qarşı deyil, neftdən asılı olan daha yeddi ölkəyə - Venesuela, Nigeriya, Kolumbiya, İran, Azərbaycan, Qazaxıstan, Liviyaya aiddir. Yeri gəlmişkən, bu barədə Dünya Bankının Davos forumunda səslənmiş məruzəsində də deyulirdi. Təbii ki, neft qiymətlərinin düşməsi onları islahatlara və Qərb dəyərləri ilə qarşıdurmadan əl çəkməyə təşviq edir. Bu, artıq İran, Venesuela, Qazaxıstan və hətta Azərbaycanın nümunəsində izlənilir.

Amerikanın rəsmi Bakıya qarşı sanksiyalar tətbiq edilməsi haqqında sonuncu təşəbbüsü Azərbaycanda hökumətin ilk devalvasiya dalğasından sonra belə əsassız olaraq uzatdığı islahatlar prosesini sürətləndirməyə xidmət edən ikinci amildir.

Prezident Əliyevin gileyləndiyi son dövrlər neft qiymətlərinin müəyyən edilməsinin siyasi tərəfi göstərir ki, 2016-cı ildə avtoritar ölkələri azalan maliyyə resursları və nəzərdə tutulan siyasi sanksiyalar səbəbindən artıq qaçılmaz olan islahatlara təşviq etmək üçün qiymətlər aşağı olaraq qalacaq. İl BB tərəfindən səslənmiş səkkizlik ölkələri  və ABŞ arasında münasibətlərin qurulmasında da dönüş nöqtəsi olacaq. Böyük ehtimalla Azərbaycan hökumətinin nəhayət çağırışlara qulaq asacağına və gələcək dövrün qaçılmaz vəzifəsi kimi sistemdə islahatlara başlayacağına ümid etmək olar.

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Planlaşdırılmamış səfər

Davos sınağı

Foto TURAN Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri işləmir

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

Azərbaycan böyük layihələri unutmalıdır – Amerikalı ekspert

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz