Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

 

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın iki  şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu barədə Turan-a jurnalistin vəkili Fariz Namazlı  bildirib.

Şikayətlər AİHM-ə 26 sentyabr 2013-cü il  və 31 iyul 2014-cü ildə göndərilib. Əsasən söhbət X.İsmayılovanın hüquqlarının Avropa İnsan Hüquqları üzrə Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ) maddəsinin, 10-cu (fikri ifadə etmək azadlığı) maddəsinin, 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırılması hüququ) və 8-ci maddə ilə birgə götürülməklə 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozulmasından gedir.

2012-ci il martın 14-də X.İsmayılovanın evində quraşdırılmış gizli video ilə çəkilən intim həyatına dair görüntülər İnternet saytlarında yayılıb. Bundan sonra "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri onu əxlaqsız hərəkətlərdə ittiham ediblər.

2012-ci il aprelin 26-da Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğu məlumatla çıxış edərək X.İsmayılovanın şəxsi həyatına dair bilgiləri açıqlayıblar.

2012-ci il martın 15-də Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanılıb. Lakin istintaq nəticə verməyib. X. Ismayılova bütün faktlardan şikayət verib, lakin məhkəmə iddiaları təmin etməyib.

2014-cü ilin dekabrında X.İsmayılova həmkarı Tural Mustafayevi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib. Sonradan bu ittiham götürülüb, lakin jurnalist vergidən yayınmada və vəzifə səlahiyyətini aşmaqda ittiham olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty İnternational" Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalistin azad edilməsinə çağırıblar.-

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

Penitensiar Xidmət Xədicə İsmayılovanın AİHM-in sənədləri ilə tanış olmasına imkan vermir

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Avropa məhkəməsi Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz