Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan: liberal demokratiyadan avtoritarizmə və ...

 

Neft və qazla zəngin olan Xəzər ölkəsi – Azərbaycan güclü iqtisadi böhran yaşayır. Böhran həm burada hakimiyyətdə olan avtoritar rejim üçün, həm də son on ildə müstəsna olaraq neft hasilatının beş dəfə artması və qara qızılın qiymətinin bahalaşması nəticəsində gələn neft dollarları axınına əsaslanan rifahın nisbətən artırılması yalanlarından sərxoş olan cəmiyyət üçün gözlənilməz oldu.

Hamı şokdadır və əslində nə baş verdiyi, metamorfozanın, maddi rifahın şaqren dərisi kimi yox olub getməsinin səbəbinin nədə olduğu haqqında suallar verir.

Böhranın tüğyan etdiyi iki il ərzində özünü itirmiş hakimiyyət böhran vəziyyətindən çıxış üzrə heç bir real addım atmayıb.

Qeyd etmək lazımdır ki, böhran Azərbaycanı avtoritar idarəetmə forması olan bir ölkə kimi basdı və bənzər avtoritar ölkələrin – Rusiya, Qazaxıstan, Türkmənistan və digərlərinin də eyni gücdə böhran yaşaması səciyyəvidir. Bir halda ki, liberal-demokratik düşərgəyə aid ölkələrdə qlobal iqtisadi sarsıntılara daha yüksək davamlılıq müşahidə olunur. Onlar dünya trendinin mənfi təsirini hiss edir, amma yenə də iqtisadiyyatın sabitliyi və əhalinin rifahı dinamikasını qoruyub saxlayır.

Bu, iqtisadiyyatın vəziyyəti və ölkənin idarəetmə forması arasındakı əlaqənin qanunauyğunluğuna dəlalət edir.

Qanunauyğunluq

2015-ci ildə İqtisadi Təhlil İnstitutu (İTİ) Katon İnstitutu (ABŞ), Frezer İnstitutu (Kanada), Fridrix Nauman Fondu Liberal İnstitutu (Almaniya) və Vizio İnstitutu (Sloveniya) ilə birlikdə ilk dəfə İnsan Azadlığı İndeksinin ölçümünə həsr olunmuş məruzə dərc edib.

http://www.freetheworld.com/2012/freedomIndex/Towards-Worldwide-Index.pdf

İnsan Azadlığı İndeksində (İAİ) ilk dəfə olaraq son onildə ölçülməsində ciddi irəliləyiş əldə olunmuş ayrı-ayrı azadlıqların inteqral qiymətləndirilməsinə cəhd edilib. İAİ insan fəaliyyətinin on sahəsini əks etdirən 76 şəxsi azadlıq, vətəndaş azadlığı və iqtisadi azadlıq göstəricisini ehtiva edir:
-  hüququn aliliyi,

- təhlükəsizlik, 

- yerdəyişmə azadlığı, 

- dini fəaliyyət azadlığı, 

- assosiasiya azadlığı, 

- ifadə azadlığı, 

- dövlət ölçüləri, 

- hüquq sisteminin keyfiyyəti və mülkiyyət hüquqlarının müdafiəsi,

- etibarlı pulların əldə edilməsi, 

- beynəlxalq ticarət azadlığı, 

- biznesin, əməyin və kreditin idarə olunması. 

Beləliklə, belə bir qanunauyğunluq müəyyən edilib: sözügedən sahələrin tələbləri nə qədər çox həyata keçirilirsə, iqtisadi və sosial rifah o qədər yüksəkdir. Əsasən Honkonq, İsveçrə, Danimarka, Finlandiya, Yeni Zelandiya, Kanada və s. kimi liberal demokratiyaya malik ölkələr lider olub. Daha bir qanunauyğunluq üzə çıxır ki, bu ölkələrdə şəxsi azadlıq indeksi iqtisadi azadlıq indeksindən yüksəkdir.

2012-ci il üçün ölkələrin sıralaması göstərir ki, iqtisadiyyatın inkişafı və rifah səviyyəsi məhz şəxsi azadlıq indeksinin düşməsi nəticəsində azalır. Məsələn, 152 dövlət arasında 126-cı yeri tutan Azərbaycanda şəxsi azadlıq indeksi (5,79) iqtisadi azadlıq indeksindən aşağıdır, baxmayaraq ki, o da yüksək deyil (6,79). Rusiya, Çin, Qırğızıstan ona qonşuluq edir, şəxsi azadlıq səviyyəsinin ən aşağı olduğu İran reytinqin sonunda gəlir. Son dörd ildə Azərbaycanda fərqli düşünınlərin kütləvi həbsləri, ifadə azadlığına qanunvericilik məhdudiyyətlərinin tətbiqi, cəmiyyət üzərində polis nəzarətinin güclənməsi nəticəsində şəxsi azadlıq sahəsində vəziyyət xeyli pisləşib.

2012-ci ildə insan azadlığı və onun iki əsas komponenti indeksi

 

Reytinqdəki yeri

Yurisdiksiya

İAİ

Şəxsi Azadlıq İndeksi

İqtisadi azadlıq İndeksi

1

Honkonq

9,04

9,09

8,98

2

İsveçrə

8,8

9,4

8,19

3

Finlandiya

8,63

9,42

7,84

4

Danimarka

8,62

9,58

7,66

5

Yeni Zelandiya

8,61

8,97

8,25

6

Kanada

8,6

9,2

8

7

Avstraliya

8,55

9,23

7,87

8

İrlandiya

8,54

9,28

7,8

9

Böyük Britaniya

8,51

9,22

7,81

10

İsveç

8,5

9,53

7,47

12

Almaniya

8,45

9,34

7,55

20

ABŞ

8,26

8,71

7,81

21

Çexiya

8,25

9,11

7,38

22

Estoniya

8,23

8,85

7,61

24

Tayvan

8,22

8,73

7,71

26

Litva

8,18

8,8

7,56

27

Polşa

8,17

9,02

7,31

28

Yaponiya

8,14

8,68

7,6

29

Latviya

8,1

8,83

7,36

33

Fransa

7,97

8,72

7,21

34

İtaliya

7,96

8,99

6,92

37

İspaniya

7,93

8,57

7,29

40

Qaradağ

7,84

8,27

7,41

48

Gürcüstan

7,5

7,28

7,73

51

İsrail

7,48

7,72

7,24

53

Ermənistan

7,44

7,17

7,72

58

Monqolustan

7,28

7,58

6,98

62

Türkiyə

7,1

7,16

7,03

64

Moldova

7,07

7,29

6,85

70

CAR

6,99

7,24

6,73

74

Ukrayna

6,94

7,6

6,27

75

Hindistan

6,93

7,36

6,49

82

Braziliya

6,82

7,02

6,61

93

Argentina

6,59

8,26

4,92

96

Qazaxıstan

6,57

6,14

7

100

Meksika

6,53

6,31

6,75

105

Qırğızıstan

6,44

6,12

6,77

108

Tacikistan

6,4

6,14

6,67

111

Rusiya

6,36

6,06

6,65

126

Azərbaycan

6,09

5,79

6,39

132

Çin

5,86

5,33

6,39

136

Misir

5,51

4,75

6,27

139

Nigeriya

5,44

4,69

6,19

141

Səudiyyə Ərəbistanı

5,37

3,89

6,84

144

Venesuela

5,24

6,59

3,89

149

Zimbabve

4,76

4,59

4,92

152

İran

4,48

3,85

5,1


Qeyd etmək lazımdır ki, Azərbaycanda neft gəlirlərinin artması dövrü yuxarıda qeyd edilən on meyarın hamısı üzrə kəskin məhdudiyyətlərlə səciyyələnib, müstəqil qeyri-hökumət sektorunun və azad KİV-in tamamilə dağıdılması bunun kulminasiya nöqtəsi olub. Yəni iqtisadi inkişaf və azadlıqların məhdudlaşdırılması uyğunsuz olub ki, bu da iqtisadiyyatın çay üzərindən bir sahildən digər sahilə qədər keçən asma körpü kimi dağılmasına gətirib çıxarıb.

Bu halda Azərbaycan dəyərləri bərpa etmək və Şərqdə ilk dəvə 1918-20-ci illər Birinci Demokratik Cümhuriyyətin banilərinin yaratmağa cəhd etdiyi demokratik dövləti qurmaq üçün tarixi şansdan istifadə edə bilməyib. Həmin vaxt Rusiya İmperiyasının dağılması nəticəsində Azərbaycan elitası özünü liberal demokratiyanın ardıcılı elan etdi və İstiqlal Aktında onun müddəalarını təsbit etdi. Sovet imperiyası dövründə onun müddəalarının həyata keçirilməsi 70 il təxirə salındı. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycanın qarşısına liberal demokratiyanın müddəalarını həyata keçirmək şansı çıxdı, bu, konstitusiya ilə elan olundu və xalqın çoxminlik meydan mitinqləri ilə nümayiş etdirdiyi iradəsi ilə möhkəmləndirildi. Amma sonradan 1991-ci ildə qəbul edilmiş ikinci liberal demokratik bəyannamə - "Dövlət müstəqilliyi haqqında konstitusiya aktı” uzun, amma ardıcıl məzmunsuzlaşma yolu keçir və son nticədə Konstitusiyanı və digər mühüm qanunları deklarativ sənədlərə çevirir.

Liberal demokratiyanın tərifi

Ensiklopediya Liberal Demokratiyaya aşağıdakı tərifi verir: O, ictimai-siyasi quruluş forması – əksəriyyətin iradəsinin və seçilmiş nümayəndələrin hakimiyyəti həyata keçirmək qabiliyyətinin azlıqların hüquqlarının və ayrı-ayrı vətəndaşların azadlıqlarının müdafiəsi naminə məhdudlaşdırıldığı mötəbər demokratiya əsasında qurulan hüquqi dövlətdir. Liberal demokratiya hər bir vətəndaşın lazımi hüquqi prosedurlara riayət olunması, şəxsi mülkiyyət, şəxsi həyatın toxunulmazlığı, söz azadlığı, toplaşmaq azadlığı və dini etiqad azadlığı hüquqlarının bərabər şəkildə təmin edilməsini qarşısına məqsəd qoyur.

Liberal demokratiyanın ən tez-tez göstərilən meyarları vətəndaş hüquq və azadlıqları formasındadır. Bu azadlıqların əksəriyyəti liberalizmin müxtəlif cərəyanlarından götürülüb, amma funksional əhəmiyyət qazanıb:

·         Həyat və şəxsi ləyaqət hüququ

·         Söz azadlığı

·         Kütləvi informasiya vasitələri azadlığı və alternativ informasiya mənbələrinə çıxış

·         Dini etiqad və dini baxışların açıq ifadə olunması azadlığı

·         Siyasi təşkilatlarda, peşə təşkilatlarında və digər təşkilatlarda birləşmək hüququ

·         Toplaşmaq və açıq ictimai müzakirə azadlığı

·         Akademik azadlıq

·         Müstəqil ədalətli mühakimə

·         Qanun qarşısında bərabərlik

·         Qanunun aliliyi şərtilə lazımi hüquqi prosedurlara riayət olunması hüququ

·         Şəxsi həyatın toxunulmazlığı və şəxsi sirr hüququ

·         Mülkiyyətə sahib olmaq və şəxsi sahibkarlıq hüququ

·         Yerdəyişmə və iş yeri seçmək azadlığı

·         Təhsil azadlığı

·         Azad əmək hüququ və hədsiz iqtisadi istismardan azadlıq

·         İmkanların bərabərliyi

 

Şəxsiyyətin azad edilməsi üzrə "Yol xəritəsi” haqqında

Bu meyarların həyata keçirilməsində hökumətin tərəfdaşı klassik mənada müstəqil QHT və KİV-in şəxsində vətəndaş cəmiyyəti olmalıdır. Amma Azərbaycanda onlar prosesdən xaric edilib. Hökumət "milli maraqların və dəyərlərin” müdafiəsi bayrağı altında güc yolu ilə boğmaq və maddi cəhətdən tabe etmək yolu ilə vətəndaş cəmiyyəti üzərində tam nəzarət qurmaq kursu götürüb. Xarici donorlar ölkədən qovulub, maliyyələşmə dövlət tərəfindən məhdudlaşdırılmış formada həyata keçirilir. Dövlətin nəzarəti ilə cüzi xarici maliyyələşməyə icazə verilir. Beləliklə, avtoritar rejimin zorakılıq və total təbliğat vasitəsilə cəmiyyət üzərində tam nəzarət nəzərdə tutan siyasətinə qəsd edə bilməyəcək təşkilatlar və layihələr maliyyələşdirilir. Bunun nəticəsi olaraq vətəndaş cəmiyyətinin dövlət qərarlarının qəbulunda və həyata keçirilməsində iştirakının qarşısının alınması ciddi səhvlərə və sui-istifadələrə yol açıb.

Liberal-demokratik dəyərlərin unudulması artıq Azərbaycanı yüksək səviyyədə korrupsiyanın, traffikinqin, şəxsi mülkiyyət hüquqlarının, insan hüquqlarının, söz və ifadə azadlığının, müdafiə olunmaq hüququnun pozulmasının və bütünlükdə dövlətin cəmiyyət üzərində total nəzarətinin tüğyan etdiyi ölkələr sırasına çıxarıb. Vaxtilə tolerant olan ölkədə ekstremist əhval-ruhiyyənin artdığı müşahidə olunur, İŞİD sıralarına qoşulan vətəndaşların sayının çox olması buna dəlalət edir. Vətəndaşlar siyasi və iqtisadi səbəblərdən ölkədən sürətlə mühacirət edir, digər avtoritar ölkələrdən gələn miqrasiya axınlarına qoşulur.

2016-cı ilin sonunda prezident İlham Əliyevin administrasiyası ölkənin böhrandan çıxması üçün gələn il başlamağı planlaşdırdığı iqtisadi islahatların "yol xəritəsini” elan edib. Amma sənəd şəxsiyyətin azad edilməsi kimi komponent nəzərə alınmadan formalaşdırılıb, yəni vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üzrə paralel heç bir mühüm qərar nəzərdə tutmur. Şəxsi azadlıq səviyyəsinin iqtisadi inkişafa və rifaha təsirini nəzərə alsaq, təklif edilmiş islahatların əhəmiyyətli divident verməyəcəyini və yalnız ölkənin vəziyyətini ardıcıl böhranların kəskin və yumşaq fazaları arasında saxlayacağını, rifahın aşağı səviyyədə olacağını və daxili və xarici neqativlər yaranacağını proqnozlaşdırmaq olar. Bu halda Azərbaycanda şəxsiyyətin azad edilməsi üzrə "yol xəritəsi” qəbul etmək və iki yol xəritəsini bir proqram sənədində birləşdirmək daha doğru olardı.

Liberal demokratiyalı ölkələrin dispozisiyası

Liberal demokratiyalı ölkələrdə avtoritar ölkələrdəki vəziyyətə reaksiya üzrə ikili yanaşma mövcuddur. Birinci, rahat yanaşma - diqqəti daxili inkişafa və demokratik dəyərlərin, öz cəmiyyətlərinin təkmilləşdirilməsinə, rifahın artırılmasına cəmləşdirməyi nəzərdə tutur. İkinci, şərik yanaşma təkcə həmrəylik deyil, həm də terrorizm, ekstremizm kimi təhlükələr ixrac edən, maraqların və ilk növbədə iqtisadi inkişafın lideri olan ölkələrin və deməli həm də onların cəmiyyətlərinin maraqlarının mühüm hissəsi olan qlobal bazarın inkişafına, mal və xidmətlərin azad yerdəyişməsinə mane olan qeyri-sabit ölkələrin təhlükə təşkil etdiyi təhlükəsizlik tələblərindən irəli gələrək, dəyərlərin öz sərhədlərindən kənarda müdafiəsini nəzərdə tutur.

Bu mənada demokratik dünya islahatçı hökumətlərin dəstəklənməsində, habelə azad vətəndaş cəmiyyətində maraqlı olmalıdır. Eyni zamanda, demokratik ölkələr öz təhlükəsizlikləri anlayışına əsaslanaraq, vətəndaşların təməl hüquqlarını və həm öz konstitusiyalarını, həm də qəbul etdikləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Yekun Aktı kimi beynəlxalq aktlara əsaslanan beynəlxalq öhdəliklərini pozan rejimləri qətiyyətlə təcrid etməlidirlər.

Bu mənada mühüm geosiyasi mövqeyə malik, xalqı son yüz ildə iki dəfə liberal-demokratik dəyərlərin ardıcılı olduğunu elan edən bir ölkə kimi Azərbaycan müstəqillik haqqında iki tarixi bəyannamənin həyata keçirilməsində dəstək və yardım almalıdır. Azərbaycanda bu dəyərlərə məhəl qoyulmaması siyasətinin yaratdığı sistemli böhran yalnız paralel olaraq liberal-demokratik dəyərlərin aliliyinin bərqərar edilməsi və iqtisadi islahatların həyata keçirilməsi yolu ilə həll oluna bilər. Başqa yol yoxdur. Belə ki, böhran hökumətin vətəndaşların hüquq və azadlıqlarının pozulması üzərində qurduğu yanlış və zərərli siyasətin nəticəsi olduğunu kifayət qədər açıq göstərib.

 

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

2016: Kimlərinsə hüquqları uğrunda bu gün m&# ...

İqtisadi böhran fundamental azadlıqların boğulmas& ...

Avropa Şurası “Azərbaycanda ifadə və media azadl&# ...

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan ...

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz