Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Strasburq Məhkəməsi İlkin Rüstəmzadənin işi üzrə kommunikasiyaya başlayıb

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökuməti ilə həbsdə saxlanılan Nida gənclər hərəkatının fəalı İlkin Rüstəmzadənin işi üzrə kommunikasiyalara başlayıb.

Bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib. Onun sözlərinə görə, şikayət Rüstəmzadənin 2013-cü ilin mayında Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında həbsi ilə bağlıdır.

Ona qarşı Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. 

İstintaq Rüstəmzadənin Bakı bulvarında Harlem Shake rəqs fleş-mobu təşkil etməsini və videosüjeti YouTube-da yerləşdirməsini xuliqanlıq hesab edib.

Müdafiə tərəfi bu ittihamı absurd, fəalın bu əsasla həbs edilməsini isə qanunazidd hesab edir.

Sonradan Rüstəmzadə və digər yeddi fəala qarşı kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

AİHM-ə göndərilən şikayətdə Rüstəmzadənin Avropa Konvensiyasının 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə təhqiqatı hüququ) və 11-ci (toplaşmaq azadlığı) maddələrində zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qaldırılır.

Vəkil bildirib ki, hökumətə AİHM-nin suallarını cavablandırmaq üçün 2017-ci il aprelin 3-nə qədər vaxt verilib.

Amnesty İnternational Rüstəmzadəni "vicdan məhbusu” kimi tanıyıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Məhkəməsi iki şikayət üzrə kommun ...

Azərbaycan hökumətini Avropa məhkəməsində ...

Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Mə ...

AİHM Xədicə İsmayılovanın iki şikayə ...

Apellyasiya Məhkəməsi NİDA fəallarını h& ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz