Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ZƏHMƏTKEŞ ALIM

 

Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da respublikamızın ən səfalı rayon­la­rından biri olan və gündən-günə daha da gözəlləşən Qusar rayonunun Köhnə Qazmalar kən­dində dünyaya göz açmışdır. Orta təhsili Qusar şəhərinin 1 saylı məktəbində almış, müəyyən çətinliklərə baxmayaraq şərəfli həyat fəaliyyətində zəhməti hesabına elmdə və ictimai həyatda layiqli mövqe tuta bil­mişdir. O, həyat fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin "Paris Kom­munası” zavodunda başlamış və sonra 1973-1975-ci illərdə Sovet ordusu sıralarında (o zamankı Almaniya Demokratik Respubli­ka­sında) xidmət etmişdir. Xidmətdən sonra o, "Paris Kommunası” zavoduna qayıtmış və adi fəhləlikdən növbə rəisi vəzifəsinə kimi yüksəl­mişdir. Eyni zamanda o, zəhməti və bacarığının nəticəsi olaraq zavodda müxbir postunun rəisi, təbiətin mühafizə cəmiyyətinin sədri və zavodun partiya təşki­la­tının katibi vəzifələrində işləmiş­dir. Bu vəzifələrə baxmayaraq onun həyatda əsas arzularından biri elmə yiyələnmək idi. O, 1976-cı ildə Azərbaycan Dövlət Uni­versitetinə daxil olmuş və 1982-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Respublika Mədəniyyət Nazirliyinin göstərişinə əsasən 1982-ci ildən M.F.Axundov adına Dövlət Milli Kitabxanasında metodist, redaktor, böyük redaktor, elmi-tədqiqat şöbəsində baş aparıcı mütəxəssis və bölmə müdiri vəzifələrində işləmişdir. 1988-1992-ci illərdə Moskva Dövlət Mədəniyyət İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və görkəmli alim V.V.Tarakanovun rəhbərliyi ilə 1993-cü ildə Mosk­vada informatika sahəsində nami­zədlik dissertasiyasını müvəf­fə­- qiyyətlə müdafiə etmişdir.

Bəybala müəllim keçmiş Sovet ittifaqında Kitab­xana-Klub sisteminin nəzəri əsaslarını, daha doğrusu metodikasının işlənməsi və əsaslandırılmasında aktiv iştirak etmiş və bu istiqamətdə ittifaq jurnallarında sanballı elmi  məqalələr nəşr etdirmişdir. O, 250-yə yaxın publisist məqalə, məruzə və çıxışlar, müsahibələr və elmi məqalələrlə dövrü mətbuat orqanlarında çıxış etmiş və bunları nəşr etdirmişdir.

Qeyd etdiklərimizdən əlavə Bəybala müəllimin görkəmli elm və din xadimləri, yüksək səviyyəli ziyalılar və respublikamızda baş vermiş hadisələr haqqında 15-dən artıq irihəcmli biblioqrafik kitab­ları nəşr edilmişdir. Buna misal olaraq Elçin müəllim (Əfəndiyev), Hidayət Orucov, Zahid Xəlil və başqa elm xadim­ləri, 31 mart soy­qırımı barədə və s. kitablarını gös­tərmək olar. Bəybala Ələsgə­rov çoxlu sayda beynəlxalq konfrans­ların iştirakçısı olmuş və elmi nəticələri nəşr etmişdir. Buna misal olaraq 1993, 1995, 1997-ci illərdəki "İnformatika və elmşü­naslıq” beynəlxalq konfranslarını qeyd etmək olar.

Bəybala müəllim 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya mərkəzinə üzv, 1996-cı ildən həqiqi üzv seçilmiş ilk Azərbaycan alimidir. O, 1993 və 1995-ci illərdə "Nobel mükafatı laureatları”nın görüş konfrans­larında və Stokholm şəhərində Nobel mükafatları komitəsində məruzələrlə çıxış etmişdir.

Qeyd etməyi vacib hesab edi­rəm ki, ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzinin Azərbaycanda təşkil olunmasında xüsusi rolu olmuşdur və bu mərkəzə uzun illərdir ki, rəhbərlik etmişdir. Onun bu sahədəki fəa­liyyətini Beynəlxalq Nobel informasiya mərkəzi yüksək qiymət­- ­ləndirmiş və 1996-cı ildə xüsusi medalla təltif edilmişdir. O, eyni zamanda 2005-ci ildən Beynəl­xalq Nobel informasiya mərkə­zinin Qafqaz və Orta Asiya ölkə­- ləri üzrə səlahiyyətli nümayən-dəsidir. 2013-cü ildə isə o, Nobelin yubiley konfransının təşkilat komitəsinə üzv seçilməklə elmi məruzə ilə çıxış etmişdir. Onun fəaliyyətinə yüksək qiymət verə­rək o, 2013-cü ildə Beynəlxalq Nobel informasiya mərkəzinin vitse-prezidenti seçilmişdir və "Qızıl qələm” mükafatının lau­reatıdır.

O, həmişə axtarışdadır və yorulmadan çalışan şəxsdir. Bunun nəticəsidir ki, 0, 2013-cü ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Bəybala müəllim dövlətçilik ənənəsinə sadiq şəxsiyyətdir. Respublikamızın yazıçılar və jurnalistlər birliklərinin üzvidir. Dövlət siyasətini dəstəkləməklə dövlətçilik ənənəsinə sadiq qalaraq "Samur” MM-nin Ali Məcəlləsinin üzvi olaraq milli məsələlərə Azərbaycan vətəndaşı və dövlətçilik nöqteyi-nəzərindən yanaşır. 

Bəybala müəllim çox sadə, xeyirxah insan və yaxşı ailə sahibidir. O, yaxşı dost və saf insandır. Görünür Qusar rayonunun saf havası və suyu onun formalaşmasında müsbət rolu olmuşdur. Rayonumuz belə şəxsiyyətlərlə fəxr edir və onu 60 illik yubileyi münasibətilə təbrik edirik. Respublikamız üçün çox lazımlı elm sahəsində Bəybala müəllimə möhkəm can sağlığı,  həyat və yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

Kamal ABDULLAYEV,
Beynəlxalq və Gürcüstan Milli Energetika akademiyalarının akademiki, 
əməkdar elm xadimi, 
texnika elmləri doktoru, professor

.

http://alamjurnal.com/

.

Maybe you are interested in:

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

MÜSLÜM MƏHƏMMƏD OĞLU HACIMƏTOV

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz