Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ADQMŞ 2015-ci ildə mübarizənin mühüm istiqamətlərini açıqlayıb

 

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının (ADQMŞ) şənbə günü keçirilən sessiyasında 2015-ci il üçün  fəaliyyət planı təsdiqlənib.

Plan 15 bənddən ibarətdir və konstitusiya prinsiplərinin həyata keçirilməsini, siyasi məhbuslar probleminin həllini, seçki prosesinin təkmilləşdirilməsini, Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq hüququnun təminatını, avtoritar tendensiyaların qarşısının alınmasını nəzərdə tutur.

ADQMŞ-nin sədri, professor Cəmil Həsənli ölkədəki vəziyyəti xarakterizə edərkən ötən ilin nəticələrinə və ölkənin bu il üzləşdiyi çağırışlara əsaslanaraq onu "kritik” adlandırıb.

"Ötən il biz vətəndaş cəmiyyətinə qarşı görünməmuş təzyiqlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və jurnalistlərin həbsinin, siyasi opponentlərin təqib olunmasının, insan hüquq və azadlıqlarının geniş miqyasda pozulmasının şahidi olduq”, - o vurğulayıb.

C.Həsənli qeyd edib ki, hakimiyyətin yalnış, volyuntarist siyasəti səbəbindən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi böhran şəraitində demokratik qüvvələrdən ölkənin gələcək inkişafı üçün yeni platformanın yaradılmasından ötrü bütün resursların maksimum səfərbər edilməsi tələb olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə, rejim demokratik qüvvələrin dağıdılması və Azərbaycanda azadfikirliliyin məhv edilməsi cəhdində gücsüz olduğunu göstərdi. "Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin yerinə bu gün 15 gənc iddia edir. Onlar bu nəşrdə məqalələrlə çıxış ediblər”, - o, nümunə olaraq göstərib.

Bu ilin gündəliyinə daxil olan əsas məsələlər kimi parlament seçkiləri, Azərbaycanın Avroatlantika məkanına inteqrasiyası yolunda maneələrin aradan qaldırılması göstərilib.

Bugünkü sessiyada nizamnaməyə uyğun olaraq Cəmil Həsənli yenidən sədr postuna seçilib. Həmçinin ADQMŞ-nin 21 üzvündən ibarət Koordinasiya Şurasının tərkibi təsdiqlənib.

ADQMŞ 2013-cü ilin iyununda Azərbaycanda demokratiyanın bərqərarı məqsədilə yaradılıb.

.

contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırıb

Çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişindədir

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz