Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) 16-19 fevral tarixlərində regiona səfərlərindən sonra məlumat yayıblar. Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Səfərin yekunlarına görə həmsədrlərin yaydıqları bəyanatda deyilir ki, yanvarda gərginliyin təhlükəli dərəcədə artmasından sonra səfərin əsas məqsədi tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırmaq idi.

Səfər çərçivəsində həmsədrlər Ermənistan, Azərbaycan rəhbərliyi, həmçinin Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə görüşlər keçiriblər.

"Minsk vasitəçiləri ilə görüşləri zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə sadiq olduqlarını təsdiq ediblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəs rejimini möhkəmləndirə biləcək təkliflərinə baxmaq barədə razılıq əldə ediblər”, deyə bəyanatda qeyd edilir.

Həmsədrlər prezidentlər və xarici işlər nazirləri ilə münaqişənin tənzimlənməsi üzrə gələcək addımları və bu ildə prezidentlərin görüşünün təşkilinə hazırlığı müzakirə ediblər.

Vasitəçilər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər, itkin düşmüşlərlə bağlı məsələləri müzakirə ediblər.

Həmsədrlər iki ölkə prezidentinin 2014-cü ilin oktyabrında Parisdə əldə etdikləri itkin düşmüşlər haqqında məlumat mübadiləsi haqqında razılığın əhəmiyyətini vurğulayıblar. 

.

contact.az

.

Maybe you are interested in:

İlham Əliyev ATƏT MQ-nin həmsədrlərini məzəmmət edib

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatdır

İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz