Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Milli Şuranın mitinqi: Hakimiyyətin talan siyasətinə qarşı mübarizəni davam etdirəcəyik!

 

Hakimiyyət öz vətəndaşlarının qanuni maraqlarına məhəl qoymamaqda davam edir, iqtisadiyyat əvvəlki kimi inhisarçıların əlindədir, korrupsiya hökumətin əsas prinsipidir.

"Qanuni tələblərimizə və narazılığımıza məhəl qoyulmur və hökumət talan siyasətini davam etdirir. Bizə belə hökumət lazımdır, biz belə şəraitdə yaşamaq istəyirik?

Xeyir, istəmirik və biz bu hakimiyyəti bizi eşitməyə və real islahatlara başlamağa məcbur etməliyik. Bunun üçün biz birləşməliyik, qorxmamalıyıq və mübarizəyə hazır olmalıyıq”, deyə mitinqi açan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib.

Bu günlərdə məlum olub ki, 2 min ürək xəstəsi müalicə xahişi ilə Səhiyyə Nazirliyinə müraciət edib, amma onların cəmi 2-nə kömək göstərilib. Bu zaman hakimiyyət mərmərlərə, abidələrə və Gül Bayramı kimi mənasız tədbirlərə milyonlar xərcləyir.

Bu hakimiyyəti göstərişdən və təbii sərvətləri, neft satışından əldə edilmiş vəsaiti israf etməkdən əl çəkməyə məcbur etmək lazımdır. "8 mlrd.-a başa gələcək və bizə heç nə verməyəcək Avropa Oyunları bizə lazım deyil. İqtisadi böhran dövründə bu xərclər tamamilə səlahiyyətsizliyin və ölkəyə normal rəhbərlik etmək bazarığı olmamasının nümayişidir. Bizə belə hökumət lazımdır?”, deyə o bildirib.

Kərimli aksiya iştirakçılarına sual ünvanlayıb: mitinqləri davam etdirmək istəyirsinizmi? "Bəli, davam etdirəcəyik, qorxmuruq və öz hüquqlarımızı tələb edirik!”, deyə mitinq iştirakçıları dəfələrlə qışqırıblar.

Kərimlinin çıxışı dəfələrlə "İstefa!”, "Talana yox!”, "Sonuna qədər mübarizə” və s. şüarları ilə bölünüb.

Milli Şuranın üzvü Eldəniz Quliyev öz çıxışında ziyalılara, ictimaiyyət nümayəndələrinə, mədəniyyət və mətbuat xadimlərinə qarşı mənəvi terror siyasətinə görə hakimiyyəti pisləyib.

"Hakimiyyət onları susmağa və etiraz etməməyə məcbur etmək üçün onları qorxudur, onlara qarşı terror törədir və təzyiq göstərir. Biz təkcə siyasi repressiyalara qarşı deyil, bu mənəvi terrora qarşı da mübarizə aparmalıyıq”, deyə o bildirib.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycanın neft satışına əsaslanan, "analoqu olmayan” iqtisadiyyatını ifşa edib. "Hakimiyyət ölkənin inkişafa görə dünyada az qala birinci yerdə olması iddiası ilə illərlə öz vətəndaşlarını aldadıb. Amma neft qiymətlərinin düşməsi göstərdi ki, bütün bunlar cəfəngiyyatdır.

Hakimiyyət neft qiymətinin 50 dollar hüdudunda olacağını etiraf etməyə məcbur oldu. Bizim üçün bu, böyük maddi itkilər və yoxsullaşma deməkdir.

Hakimiyyət artıq təqaüdləri, əmək haqlarını və stipendiyaları kəsir, bunu Avropa Oyunlarına xərclərlə izah edir. Bu oyunlar bizə lazım deyil. Bunun yerinə hakimiyyət işin sosial partlayışa çatmaması üçün dərin siyasi, iqtisadi islahatlara başlamalıdır, biz isə hökumətdən bütün bunları etməyi tələb etməliyik. Biz həmçinin hakimiyyətdən bütün siyasi məhbusları azad etməyi tələb edirik”, deyə o bildirib.

Milli Şuranın üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev siyasi məhbusların – Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, İlqar Məmmədov və bir çox digərlərinin taleyinə diqqət çəkib.

"Düşünən vətəndaşları barmaqlıqlar arxasına atmaqla, hakimiyyət bir məqsəd güdür – öz hüquq və azadlıqlarını tələb etmək iqtidarında olmayan manqurtlar cəmiyyəti yaratmaq. Hökumətin vəzifəsi onları mənəvi cəhətdən öldürmək və hamını bu hakimiyyətə qarşı mübarizənin qeyri-mümkün olduğuna və İlham Əliyev hökumətinə zaval olmadığına inandırmaqdan ibarətdir”, deyə o bildirib.

Gənc fəal Emil Səlimov hakimiyyəti təhsil, səhiyyə və gənclər sahəsində uğursuz siyasətdə ittiham edib. Müəllim və həkim peşəsi dilənçi səviyyəsinə düşüb. Onlara 150-200 manat maaş verirlər, vətəndaşlardan pul tələb etməyə məcbur qoyurlar. Minlərlə tələbə təhsil haqqını ödəmək və minimum tələbatlarını ödəmək imkanına malik deyil.

Milli Şuranın lideri Cəmil Həsənli qeyd edib ki, aksiya iştirakçılarının məqsəd və vəzifələri ədalət uğrunda, yalana və talana qarşı mübarizədir. "Neft satışından gələn pulu sola-sağa xərcləyərkən bu hakimiyyət iqtisadiyyatla məşğul olduğunu düşünürdü. Amma manatın faciəsi göstərdi ki, onların nə iqtisadiyyatı, nə ağlı, nə real planı yoxdur. Biz onlara göstərməliyik ki, onlar müvəqqətidirlər, bu ölkənin sahibi bizlər – xalqdır, ölkəni ələ keçirib iflic edənlər deyil”, deyə o bildirib.

Həsənli qeyd edib ki, bir qrup keçmiş polis işçisi ona müraciət edərək, hakimiyyətin təqaüdçülərə münasibətindən narazılıq ifadə edib. Hakimiyyət onlara qarşı münasibətini dəyişdirməsə, onlar etiraz aksiyalarına qoşulacaqlar.

Banklardan kredit götürənlərin və indi borcunu ödəyə bilməyənlərin taleyi xüsusi narahatlıq doğurur. Bu gün bu əsarətə düşməmiş bir ailə tapmaq çətindir. Bu vəziyyəti yaradan hakimiyyət başa düşməlidir ki, onu sosial partlayış gözləyir, deyə Həsənli bildirib.

Aksiya təşkilatçılarının məlumatına görə, mitinqdə 10 minə yaxın insan iştirak edib. Mitinq sakit keçsə də, aksiya başa çatdıqdan sonra bəzi iştirakçıların saxlanıldığı haqqında məlumatlar daxil olmağa başlayıb.

 

*   *   *

2015 Aprel 05 (Bazar) 14:34:44

Saat 15-də paytaxtın Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasına daxil olan müxalifət qüvvələrinin mitinqi başlayıb.

Mitinq "Talana son!” şüarı altında keçirilir və hakimiyyətin manatın devalvasiyasın, əhalinin geniş təbəqələrinin kəskin şəkildə yoxsullaşmasına, iqtisadi və sosial sahələrdə uğursuzluğa, korrupsiyaya gətirib çıxaran sosial-iqtisadi siyasətinə qarşı yönəlib.

Mitinqdə minlərlə insan iştirak edir. Aksiya iştirakçılarının sayı artmaqda davam edir.  

.

contact.az

.

Maybe you are interested in:

Hakimiyyət AXCP üzvlərinə təzyiqləri artırıb

Müxalifət mitinqinin iştirakçıları antimilli hakimiyyəti istefaya çağırıblar

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Müxalifət 2015-ci parlament seçkiləri ilində funksional əməkdaşlıqla bağlı məsləhətləşmələrə başlayıb

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz