Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Herbert Zalber: Müharibə bərpa olunarsa hamı uduzacaq

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün Bakıda bir qrup QHT nümayəndələri ilə görüşdə Qarabağ probleminin həllinə baxışını paylaşıb.

Görüş qaçqınların problemləri haqqında hesabatın təqdimatına həsr edilmiş dəyirmi masa çərçivəsində keçirilib.

Zalber vasitəçilərin və münaqişə tərəflərinin çoxillik səylərinin münaqişənin həllində irəliləyişə gətirib çıxarmaması ilə balı təəssüfünü bildirib. Bu zaman Zalber təmas xəttində gərginliyin bitməməsi və "demək olar ki, hər gün insanların həlak olması” ilə bağlı narahatlığını ifadə edib.

Qarşılıqlı güzəştlər olmasa münaqişənin həlli, çətin ki, mümkün olsun və barışıq yollarının axtarışı üçün Ermənistanda, Azərbaycanda və Qarabağda vətəndaş cəmiyyətlərinin işini davam etdirmək lazımdır.

"Son nəticədə münaqişənin həlli sıravi vətəndaşlardan asılı olacaq. Hələlik isə biz tənzimlənmə haqqında danışa bilmərik”, deyə Zalber qeyd edib.

Avropa İttifaqının mövqeyinə gəlincə, Brüssel Minsk Qrupunun səylərini dəstəkləyir və bu prosesdə baş rolu oynaya bilməz. Minsk Qrupunun strukturunun dəyişdirilməsi və ya tənzimləmə üçün digər vasitəçilərin cəlb edilməsi, çətin ki, mümkündür. "Minsk Qrupunun həmsədrləri 20 ildən çoxdur bununla məşğuldurlar, onlar bu müddət ərzində təcrübə qazanıblar və müxtəlif təkliflər hazırlayıblar. Bunlardan imtina edib, hər şeyə sıfırdan başlamaq, çətin ki, mümkün və səmərəli olsun”, deyə Zalber qeyd edib.

Aİ-nin roluna gəlincə, Brüssel münaqişə tərəfləri arasında etimad tədbirlərinin və əlaqələrin möhkəmlənməsinə yönəlmiş layihələri və tədbirləri dəstəkləməyə hazırdır. Razılıq əldə edilərsə, Aİ hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq, deyə o bildirib.

Qaçqınlarla bağlı vəziyyətə toxunan Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, hazırki səfəri zamanı qaçqınlarla tanış olub və onlarla görüşüb, mövcud problemlər haqqında danışmağa hazırdır.

"Kompromisslərə hazır olmaq lazımdır, amma biz hələlik bunu görmürük. Biz münaqişəni onun iştirakçılarının yerinə həll edə bilmərik”, deyə o bildirib.

Zalber həmçinin Qarabağ münaqişəsinin digər münaqişələrlə müqayisə edilməsini yalnış sayır və Avropanın Ukrayna və Qarabağda vəziyyətlə bağlı rolunun və hərəkətlərinin müqayisə edilməsinə qarşıdır.

Münaqişələrdən hər birinin öz tarixi və kökləri var. Onları müqayisə etmək səmərəli deyil. Bundan başqa, hər bir halda bu və ya digər dövlətlərin geosiyasi maraqları var.

Xüsusən, Zalber Rusiyanın Ukraynadakı hərəkətlərinə görə ona qarşı tətbiq edilmiş sanksiyaların Ermənistana qarşı tətbiq edilə biləcəyinə şübhə etdiyini deyib.

Münaqişənin hərbi yolla həlli haqqında suala cavabda Zalber bildirib ki, bu, həddindən artıq risklidir və hərbi əməliyyatlar bərpa edilərsə, "hamı uduzacaq”. Müharibənin bərpa edilməsinin nəticələrini təxmin etmək mümkün deyil, deyə Avropa İttifaqının nümayəndəsi bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Uorlik gərginliyin artmasından narahatdır

Avropa İttifaqının Cənubi Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz