Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir

 

Bu gün Riqada Aİ-nin postsovet məkanındakı Avropa ölkələri ilə münasibətlərini inkişaf etdirməyə yönəlmiş "Şərq Tərəfdaşlığı” proqramının dördüncü sammiti açılıb.

Əsas müzakirə mövzularının regionda təhlükəsizlik və Ukrayna münaqişəsi, habelə Ukrayna və Gürcüstan üçün vizasız rejim perspektivləri olacağı gözlənilir.

"Şərq Tərəfdaşlığı” layihəsində iştirak etməsinə baxmayaraq, altı postsovet ölkəsi – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun Rusiya ilə bağlı ritorikaları da, Avropa İttifaqına yaxınlıqları da bir-birindən çox fərqlidir.

Belə ki, sammitin açılışı ərəfəsində Belarus və Ermənistan Rusiyanın "Krımı qanunsuz ilhaq etməsi” haqqında ifadələr olduğuna görə yekun bəyanatı imzalamaqdan imtina ediblər. Hər iki ölkə Rusiyanı hələ BMT-nin Krım referendumunu  və yarımadanın Rusiyaya birləşməsini pisləyən qətnaməsi üzrə səsvermə zamanı Rusiyanı dəstəkləmişdi. Amma mayın 21-i axşama doğru bəyanatın mətnini razılaşdırmaq mümkün olub, deyə Latviya prezidenti Andris Berzinış bildirib.

Mayın 20-də keçirilmiş mətbuat konfransında – sammit çərçivəsində keçirilən, "Şərq Tərəfdaşlığı” ölkələrində KİV-in inkişafı perspektivlərinin müzakirə olunduğu tədbirlərdən birində çoxları Rusiya təbliğatı haqqında bu inkişafa mane olan amil kimi danışıblar, Ukrayna Kütləvi İnformasiya İnstitutunun direktoru Oksana Romanyuk isə həmkarlarını "Rusiya informasiya müharibəsinə qarşı səylərini birləşdirməyə” çağırıb.

Sammitə gəlmiş Ukrayna prezidentinin salamlama nitqi də həmkarlarının əksəriyyətindən daha emosional olub. "İndi bizim Rusiya ordusunun müntəzəm birliklərinin iştirakı haqqında tam dəlillərimiz var. Bu gün, yəqin ki, bilirsiniz, ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsi hazırda hospitalımızda müalicədə olan hərbiçilər haqqında rəsmi bəyanat verib”, deyə o, jurnalistlərə xitabən bildirib.

Ukrayna və Gürcüstan üçün Riqa sammiti xüsusi əhəmiyyət daşıyır: hələ tədbir başlamazdan əvvəl bəziləri məhz burada Aİ ilə vizasız rejimin tətbiq ediləcəyi haqqında fikirlər səslənə biləcəyini proqnozlaşdırırdı. Moldova buna ötən il artıq nail olub. Lakin mayın 8-də Avropa Komissiyası məruzə dərc edib, həmin sənəddə deyilirdi ki, Kiyev və Tbilisi hələlik vizasız rejimin tətbiqi üçün lazım olan bütün şərtləri yerinə yetirməyiblər.

Lakin Petr Poroşenkonun və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin çıxışları nikbin olub. Poroşenko bildirib ki, Ukrayna viza liberalizasiyası planında nəzərdə tutulmuş islahatları bu ilin noyabr ayında yekunlaşdıracaq. Qaribaşvili dekabra qədər islahatları yekunlaşdırmağı vəd edib. "Ümid edirik ki, ilin sonuna biz prosedurları tamamlayacağıq və Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahət etmək imkanı olacaq”, deyə Gürcüstanın baş naziri jurnalistlərə bildirib.

Ukrayna və Gürcüstan hakimiyyətinin nikbinliyini Aİ ölkələrinin liderləri hərtərəfli dəstəkləyiblər. Belə ki, Litva prezidenti Dalya Qribauskayte bu iki ölkə üçün vizasız rejimə ilin sonuna qədər baxılacağına ümid etdiyini bildirib və deyib ki, "Avropa inkişaf yolu seçən ölkələr böyük uğurlar əldə ediblər”, qonaqları qəbul edən Latviyanın prezidenti isə bunu "işin əsas istiqamətlərindən biri adlandırıb”.

AFR kansleri Angela Merkel bu gün Riqada çıxış edərkən Gürcüstan və Ukrayna ilə vizasız rejimin tezliklə tətbiq ediləcəyini bildirib. 

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edirmiş

Aİ nümayəndəsi: “Riqada Ermənistan və Azərbaycan təmsilçiləri Qarabağ münaqişəsini müzakirə edəcəklər”

Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb

Nuland Cənubi Qafqaz ölkələri hökumətlərini dialoqa çağırdı

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz