Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM ləzgi dilini qoruyur

Ruslan Qurbanov Avropa Parlamentində

Noyabrın 10-da FLMMM-in vitse-prezidenti Ruslan Qurbanov Brüsseldə Avropa Parlamentində Avropada dil bərabərlik və müxtəliflik problemləri üzrə dinləmələrin növbəti dəyirmi masada iştirak etdi.

Bu layihə Avropa qeyri-hökumət təşkilatlarının, fərdi ekspertlərin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə 2015-ci və 2016-cı illər ərzində inkişaf edir.


Layihədə Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi, dil bərabərliyi üzrə Avropa şəbəkəsi, dil hüquqları üzrə Komitə - PEN İnternational və digər təşkilatlar iştirak edirlər. Xordi Sebastyanın başçılığı ilə bir qrup Avropa Parlamentinin deputatı layihəni dəstəkləyirlər.


Layihənin əsas prinsipi insan və dil hüquqlarının qorunmasıdır.


Layihənin məqsədi Avropa xalqlarının dillərinin bərabərliyinin dəstəkləməsi üçün effektiv yollarının inkişafı, Avropa milli azlıqların dillərinin istifadə və inkişaf etdirməsində hüquqlarının pozulması hallarının aradan qaldırılmasıdır.

Layihənin digər məqsədi isə Avropada dil hüquqlarının təmin etməsi üzrə Protokolun hazırlanmasıdır. Həmin Protokol  2016-ci ilin sonunda İspaniyada, Avropanın mədəniyyət paytaxtı olan, Donostia şəhərində keçiriləcək beynəlxalq sammitdə təqdim olunacaq.


Görüş zamanı Azərbaycanda ləzgi dilli xalqlarının dillərinin qorunması probleminə, bu ölkədə dil müxtəlifliyinin qorunma mexanizmlərinə çox diqqət yönəlmişdir.


Bundan əlavə, göstərici misallar kimi, Avropanın iki milli icmaların – Finlandiyada isveçlərin və Bolgaristanda türklərin dil ayrı-seçkilik problemləri göstərilmişdir. Bu ölkələrin milli azlıqları olan işveçlər və türklər dil bərabərliyi uğrunda mübarizə aparırlar.


Ruslan Qurbanov öz çıxışında Azərbaycanda dil bərabərliyini təmin edə biləcək xüsusi mexanizmin inkişafına ehtiyacı olduğunu qeyd elədi.


Dil müxtəlifliyi üzrə Avropa sammiti yenidən 2016-ci ilin dekabrında iki gün ərzində Donostia şəhərində keçiriləcək.

Farida Sancax

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

BMT-də Ləzgi probləmin müzakirəsi

ATƏT-da FLMMM-in səsi

Sravros Lambrinidis: “Azərbaycan Avropa Parlamentinin qətnaməsini olduqca kəskin qəbul edir”

Ləzgi problemi Avropa Parlamentində

FLMMM Avropa Parlamentində

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz