Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgilərin probleməri haqqında mühazirə

Ruslan Kurbanov Avropa paytaxtı Universitetində

 

Keçən həftə FLMMM Vise Prezidenti, siyasi elimlər namizədi Ruslan Kurbanov Belçikanın paytaxtı Brüssel şəhərində Brüssel Universitetinin tələbələrə, doktorantlara və əməkdaşlara bölünmüş Ləzgi xalqın problemləri haqqında  mühazirə oxudu.

 

Müharizədə Ləzgi xalqın siyasi tarixi haqqında məlumat verilmişdir. FLMMM Vise Prezidenti müharizə dinləyicilərə Ləzgi xalqın dövlətçiliyin formalaşması, inkişafı və çevrilməsi mərhələləri haqqında ətraflı danışdı.

O, həmçinin Ləzgi xalqın əvvəlki nəsillərin bütün tarixi mərhələlərdə müstəqillik uğurunda mübarizəsi, Rusiya Dövlətinə daxili, sovet dövründə sürətli modernləşdirilməsi haqqında  bəhs etdi.

Müharizə çərçivəsində ayrı böyük blok Sovet İttifaqının dağılmasından sonra Ləzgi xalqın iki ölkə - Rusiya və Azərbaycan arasında bölünməsinin səbəbləri və nəticələrinə həsr olunmuşdur.

Xalqın iki ölkə arasında bölünməsinin ən ağır nəticələri kimi Ruslan Kurbanov mədəni-lingvistik ərazinin ayrılmasını, tədrici assimilasiyanı və Ləzgi xalqın böyük qisminin Azərbaycan türk mühitində yox olunmasını qeyd elədi.

Ruslan Kurbanov ətraflı olaraq FLMMM-in Ləzgi xalqın bölünməsinin mənfi amillərin azaltması üçün mədəni, gənclər, təhsil və beynəlxalq sahələrində görülən işləri haqqında danışdı.

Ləzgi tədqiqatçı Brüsseldə onu da qeyd elədi ki, 15 il ərizində FLMMM yeganə təşkilatdır ki, Ləzgi xalqın maraqlarını bir neçə - yerli, respublika, regional, federal və beynəlxalq səviyyədə müdafiə edir.

Müharizənin sonunda Brüssel Universitetinin tələbələri və əməkdaşları etiraf elədiklər ki, ilk dəfə olaraq Ləzgi xalqın müasir problemləri və tarixi haqqında bu cür hərtərəfli məlumat aldılar və yeni görüşlərə maraq göstərdilər.

Onlar həmçinin bu məlumatı öz gələcək post-Sovet məkanı problemlər üzrə siyasi, mədəni və sosioloji tədqiqatlarda istifadə edəcəklərini bildirdilər.

Onu da qeyd eləmək lazımdır ki, bu müharizə Brüssel Universitetində ləzgi problemi ilə əlaqədar olan yeganə tədbir deyil. Ruslan Kurbanovun tədqiqat planı çərçivəsində bu mövzuda daha çox mühazirələr, dəyirmi masalar və ekspert müsahibələri keçiriləcəkdir.

Farida Sancax

 FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

BMT-də Ləzgi probləmin müzakirəsi

Ləzgi və qumuqların etnik ayrı-seçkiliyi

ATƏT-da FLMMM-in səsi

Ləzgi mədəniyyətinin inkişafı

Dövrü dərk edən ləzgi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz