Federal lәzgi
milli-mәdәni muxtariyyәti

BMT-də Ləzgi probləmin müzakirəsi

FLMMM nümayəndə heyətinin BMT çıxışı

Bu yaxınlarda təşkilatımızın və ümumiyyətlə bütün Ləzgi xalqın həyatında beynəlxalq səviyyədə çox əlamətdar hadisə baş verdi – FLMMM Prezidenti Arif Kərimov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tatyana Çubrikova Komitə sədrinin dəvəti ilə Qeyri-Hökumət Təşkilatları üzrə BMT Komitəsinin növbəti sessiyasında iştirak elədi.

Sessiya 25 yanvar – 3 fevral 2016-cı ildə Nyu-Yorkda keçirilib, və bu sessiyada FLMMM-nin BMT İqtisadi və Sosial Şurasının məşvərətçi statusun alınması üzrə müraciəti müzakirə olundu. Xatırladaq ki, əvvəlki iki iclaslarında Azərbaycan Respublikası Komitəsinin nümayəndələri FLMMM-in BMT İqtisadi və Sosial Şurasının məşvərətçi statusun alınmasına veto qoymuşdular.

Əvvəldə qeyd etdiyimiz kimi, məşvərətçi status BMT İqtisadi və Sosial Şurası və digər qurumları ilə qarşılıqlı əlaqə yaratmaqa, BMT-də daimi nümayəndəlik, BMT  tərəfindən təşkil edilən görüşlərdə, konfranlsarda iştirak eləmək, ələcə də müzakirə mövzularını təklif eləmək və BMT tədbirlərində tam üzv olaraq çıxış eləmək imkanı verir.

Arif Kərimov öz çıxışında bölünmüş Ləzgi xalqın vəziyyəti haqqında, dövlət sərhədin yaradılması nəticəsində bölünmüş ailələrin üzləşdiyi problemləri haqqında danışdı. O həm də ətraflı olaraq Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının Flaman Parlamenti və Avropa Parlamenti ilə birgə keçirilmiş qiymətləndirmə missiyasının nəticələri haqqında məlumat verdi.

Kərimovun çıxışından sonra Azərbaycan nümayəndəsi yenidən Avropa Parlamentinin Azərbaycana səfəri məsələsinə döndü. Bu dəfə onu Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı tərəfindən hazırlanmış strategiya haqqında sual maraqlı idi. Qeyd edək ki, həmin strategiya Ləzgi xalqın problemləri haqqında Avropa ictimaiyyətinin məlumatlandırılmasını artırılmasının vasitəsilə Ləzgi xalqına yardım məqsədini daşıyır. Bu suala cavab BMT Qeyri-Hökumət təşkilatları üzrə Komitənin növbəti Sessiyasında yazılı şəkildə təqdim olunmalıdır. FLMMM həmin sessiyada BMT müxtəlif üzv dövlətlərlə Ləzgi xalqın problemlərin müzakirəsini davam etdirmək niyyətindədir.

 

 

Ümumiləşdirərək bir daha qeyd edək ki, FLMMM-in BMT Qeyri-Hökumət təşkilatları üzrə Komitənin Sessiyasında iştirakı BMT İqtisadi və Sosial Şurasının məşvərətçi statusun alınması istiqamətində daha bir mühüm addımdır.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgilərin probleməri haqqında mühazirə

ATƏT-da FLMMM-in səsi

FLMMM-in payız sessiyası

2014-cü ilin nəticələri

FLMMM Avropa Parlamentində

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz