Federal lәzgi
milli-mәdәni muxtariyyәti

2016-cı ilin Birinci İclası

FLMMM Moskva ofisində iclas

2016-cı ilin Birinci İclası

Fevralın 25-də FLMMM-in 2016-cı ilin ilk Şura iclası keçirildi. İclasda FLMMM Prezidenti Arif Kərimov, Şura üzvləri Sabir Mamedov, Tahir Eminov, Albert Şamsudinov, Carullah Ahadullayev, Amil Sarkarov, Camal Paşayev, Mamed Abasov, Asali Asaliyev və audit komissiyasının sədri Şihmagomed Mursalov iştirak etdilər. Görüşə həmçinin Qafqaz və Mərkəzi Asiya araşdırmalar Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq İnstitunun direktor müavini Alikber Alikberov dəvət olunmuşdur.

 

Müzakirəyə çıxarılan ilk məsələ FLMMM tərəfindən həyata keçirilən "Dağıstan ekstremizm və terrorçuluğa qarşı” layihəsinin icrası oldu. Bu barədə Gusen Şahpazov hesabat oxudu. Qeyd edək ki, bu layihə 2015-ci ildə prezident qrantları üzrə keçirililmiş açıq müsabiqə nəticsində alınmış Prezident qrantının hesabına həyata keçirilir.

2016-cı ilin Birinci İclası

 

Növbəti məsələ Dərbənt şəhərində FLMMM tərəfindən təşkil olunan Ləzgi dilli xalqların ümummilli "Yaran Suvar” bayramına hazırlıq işlərinin müzakirəsi oldu. Bu məsələ üzrə Şura üzvü Amil Sarkarov çıxış edərək, FLMMM, Cənubi Dağıstan rayonlarının bələdiyyələri və Dərbənt şəhərin rəhbərliyi tərəfindən keçirilən bayram hazırlıqları haqqında iclas iştirakçılarına ətraflı olaraq məlumat verdi.

Sonra iştirakçılar gündəmin növbəti məsələsi - «Albania Caucasica» elmi nəşrin ikinci həcmin hazırlnaması üzrə görülən işlərin müzakirəsinə keçdilər. Alikber Alikberov çıxış edərək nəşrin birinci həcmin çox uğurlu olduğunu xatırlatdı. O, ikinci həcmin daha maraqlı olacağını qeyd elədi.

Moskva Ləzgi cəmiyyətinin daha bir sevincli hadisəsi – "Leki” ləzgi rəqs məktəbinin açılışı haqqında layihə rəhbəri Farida Kərimova danışdı. O, rəqs məktəbinin əsas məqsədi Ləzgi mədəniyyətinin təbliği və paytaxt gənclərinin xalqımızın folklyor və adət-ənənələrinə cəlb edilməsi olduğunu söylədi. Gələcəkdə müxtəlif müsabiqələrdə, konsertlədrdə və festivallarda iştirak edəcək "Leki” ansamblının yaradılacağını da qeyd elədi.

2016-cı ilin Birinci İclası

 

FLMMM Şura iclasında müzakirə olunan son məsələ FLMMM nümayəndə heyətinin Nyu York şəhərində BMT Qeyri-Hökümət Təşkilatları üzrə Komitəsinin növbəti sessiyasında iştirakı oldu. Bu haqda FLMMM Prezidenti Arif Kərimov özü danışdı. Qeyd edək ki, o şəxsən bu səfərdə iştirak eləmişdir. Kərimov qeyd elədi ki, FLMMM heyətinin nümayəndələri həmin sessiyada çıxış edərək bölünmüş Ləzgi xalqın problemləri haqqında etraflı məlumat verdilər.

Bununla 2016-cı ilin ilk Şura İclası sona çatdı. FLMMM Prezidenti Arif Kərimov hər kəsə uğurlar arzuladı və 2016-cı il təşkilat üçün uğurlu olacağına əminliyini ifadə etdi.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

BMT-də Ləzgi probləmin müzakirəsi

FLMMM-in payız sessiyası

Ləzgi liderlərin treninqi

Yeni ilə yeni layihələr ilə

FLMMM-nin gəncləri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz