Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM-nin Avropa diplomatı

Ruslan Qurbanovun növbəti uğuru

FLMMM-nin Avropa diplomatı

Ötən həftə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində BMT və Avropa İttifaqı ilə işləmək üçün vətəndaş cəmiyyəti fəalları arasında ictimai diplomatların hazırlanması üçün keçirilmiş təhsil proqramın üçüncü final mərhələsi sona çatdı.

 

Bu təhsil layihəsi BMT və Avropa İttifaqından əlavə, Təmsil olunmamış millətlər və xalqlar təşkilatı və Oksford Universiteti tərəfindən həyata keçirilmişdir. Layihənin əsas məqsədi təmsil olunmamış millətlər arasında diplomatların yeni nəslin hazırlanması idi.

Bu təhsil layihəsində FLMMM-i FLMMM vitse-prezidenti, siyasi elimlər namizədi və jurnalist Ruslan Qurbanov təmsil edirdi.

Layihə iştirakçıları professional diplomatlar, siyasətçilər, Avropa Parlamentinin deputatları, BMT işçiləri, eləcə də peşəkar imicmeykerlər, effektiv ictimai ünsiyyət üzrə ekspertlər tərəfindən təlim olunurdular.

Təlim zamanı layihə iştirakçıları yalnız muhazirələri deyil, həmçinin uzun illər BMT və Avropa İttifaqının strukturlarında çalışan mütəxəssislər tərəfindən keçirilmiş interaktiv təlim-məşq toplantılarını da keçdilər.

Bundan əlavə, layihənin hər bir iştirakçısı təlimin sonunda BMT səviyyəsində öz xalqın hüquqlarının qorunması üzrə layihəni təqdim etməli idilər.

Bölünmüş Ləzgi xalqın doğma mədəniyyətinin, dilinin, təhsilinin və milli kimliyinin qorunması və inkişafına həsr olunmuş Ruslan Qurbanovun layihəsi hamıdan seçildi.

Bu təhsil layihənin məzunu olaraq, Ruslan Qurbanovu qabaqda öz xalqın maraqlarının qorunması, o cümlədən dostluq xalqların ictimai diplomatiya strukturları arasında təcrübə mübadiləsi üzrə BMT və Avropa strukturlarında bir çox beynəlxalq tədbirlərdə iştirakı gözlənilir.

Bundan əlavə, Ruslan Qurbanov Brüsseldə tələbələrin və təmsil olunmamış xalqlar arasından cəmiyyət fəallarının təhsili və təlimi üçün cəlb ediləcəkdir.

Xatırladaq ki, Ruslan Qurbanov "Millətlərarası və dinlərarası münasibətlərin təhlükəsizliyi” ixtisası üzrə Rusiya Prezidenti yanında Dövlət Qulluğu  Akademiyasının məzunudur.

Bundan əlavə, Ruslan Qurbanov Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq İnstitunun baş elmi işçisi, Belçikada Brüssel Universitetinin elmi işçisidir. Bundan əlavə, FLMMM vitse-prezidenti Rusiya federal kanallarında televiziya tok-şouların müntəzəm iştirakçısıdır.

Farida Sancax

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgilərin probleməri haqqında mühazirə

FLMMM ləzgi dilini qoruyur

Ləzgi gənclərin mükafatlandırılması

2014-cü ilin nəticələri

FLMMM Avropa Parlamentində

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz