Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM-in payız sessiyası

İdarə Heyətinin növbəti iclası

FLMMM-in payız sessiyası

Oktyabrın 3-də FLMMM Prezidenti Arif Kərimov başda olmaqla Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin Şurasının növbəti iclası keçirildi.

 

İclasa həmçinin Yaroslavl regional Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vasif Həsənov, FLMMM Audit Komissiyasının sədri Şixmagomed Mursalov və FLMMM yanında ləzgi xalqların Koordinasiya Şurasının rəhbəri Ramazan Mamedov dəvət olunmuşdurlar.

Arif Kərimov görüş iştirakçılarını salamladı və vaxt ayrıb iclasa gəldiyinə görə öz təşəkkürünü bildirdi.

Şura iclasında müzakirə olunan birinci məsələ 2017-ci ildə Moskvada keçiriləcək "Qədim dövlət Qafqaz Albaniyanın xristianlığın qəbul edilməsi haqqında” beynəlxalq elmi-praktiki konfransın keçirilməsi oldu. Arif Kərimov konfransda içtirak edəcək Risiyadan, Avropadan, İrandan, Azərbaycandan, Gürcüstandan, Ərmənistandan və digər ölkələrdən tanınmış alimlərin siyahısının hal-hazırda müəyyənləşdirdiyini söylədi.

Konfransın keçirilmə tarixi isə 2017-ci ilin fevral-mart ayları təklif olundu. Təklif Şura üzvləri tərəfindən qəbul olundu.

Gündəmin növbəti müzakirə məsələsi sentyabrın 29-da Moskvada "Prezident Otel”ində FLMMM tərəfindən keçirilən "Ksenofobiyaya qarşı mübarizə və gənclər arasında dini ekstremizimin yayılmasına qarşı profilaktika” konfransı oldu. Arif Kərimov Şura üzvlərinə yarım ildən çox davam edən "Dağıstan terrorizm və ekstremizmə qarşı” layihəsinin uğurla başa çatmasını söylədi.

 

Konfransda tanınmış həm federal, həm də regional ekspertlər iştirak elədi. Bundan əlavə, konfransda federal orqanlarının, müxtəlif xidmətlər və hüquq-mühafizə orqanlarının, həmçinin Millətlər İşləri üzrə Federal Agentliyinin, Daxili İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, milli ictimai təşkilatlarının nümayəndələri, Dağıstan daimi nümayəndəliyinin nümayəndə heyəti və digərlər iştirak elədi.

FLMMM Şura üzvləri də həmin konfransda iştirak elədilər. Onlar problemin aktuallığını və bu mövzuda FLMMM tərəfindən həyata keçirildiyi tədbirlərin vacibliyini vurğuladılar.

Amma iclas iştirakçılarının çoxusu onuda qeyd elədilər ki, qanunların riayət olunmaması və hüquqa hörmətin olmaması Dağıstanda əhəmiyyətli islahatların keçirilməsinə manə olur. Onların fikrincə federal mərkəz mütləq buna diqqət yetirməlidir. Onlar həmçinin ictimai təşkilatlara, xüsusilə milli-mədəni muxtariyyətlərə hakimiyyətin münasibəti idealdan çox uzaq olduğunu təəsüf hissi ilə qeyd elədilər.

İclasın yarısı Cənubi Dağıstanda sosial-iqtisadi vəziyyətin və  xüsusilə Ləzgi xalqın problemlərinin müzakirəsinə həsr olunmuşdur.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Narın qalaya federal status

2016-cı ilin Birinci İclası

ATƏT-da FLMMM-in səsi

FLMMM-in payız sessiyası

Yeni ilə yeni layihələr ilə

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz