Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM-nin gəncləri

Ilin yekünları və gələcək planlar haqqında

Dekabr ayın 26-da Mahaçqala şəhərində FLMMM gənclərin görüşü keçirildi. Yığıncağı FLMMM-in Dağıstandakı nümayəndəsi Magomed Əliyev çıxış sözü ilə açdı. O, öz çıxışında. FLMMM Gənclər Departamentinin 2014-cü il ərzində gördüyü işlər haqqında danışdı.

Göstərdiyi dəstəyə görə yığıncağ iştirakçılarına öz dərin təşəkkürünü bildirdikdən osnra, o FLMMM-nin həyata keçirtdiyi tədbirləri xatırlatdı və 2015-ci il Ləzgi gənc fəallar üçün faydalı olacağına əmin olduğunu bildirdi.

Sonra söz Ruslan Qurbanova verildi. Qurbanov 2015-ci ilə planlaşdırılmış tədbirlər haqqında danışdı. O qeyd elədi ki, xüsusi diqqət mədəni və təhsil proqramlarına veriləcək. Belə ki, gənclər üçün təhsil təlim təcrübəsinin inkişaf etdirilməsi planlaşdırılır. 2015-ci ildəilk belə təlim Ağul rayonunda keçiriləcək.

Daha sonra yığıncaq iştirakçıları yazda Dərbənd şəhərində keçiriləcək , cənubi Dağıstan xalqlarının qeyd elədiyi Yaran Suvar bayramın detallarını müzakirə elədilər. 2014-ci ildə bu bayram şəhər əhalisi tərəfindən çox gözəl qarşılanmışdır. Əlbətdə ki, ümumi ictimai tədbirlər şəhər və bütövlükdə çoxmillətli Cənubi Dağıstan sakinləri arasında qarşılıqlı anlaşma və hörmət artmasına kömək edir. Buna görə də, bayram həm mənəvi və mədəni, həm də sosioloji baxımdan çox əhəmiyyətlidir.

Həmdə, avqust ayında Kukvaz Rajab adına həsr olunmuş ənənəvi xalq musiqi festivalı keçiriləcəkdir. Ötən il həyata keçirilən festival münsiflər heyəti və qonaqlar tərəfindən həm tərif, həm də dostluq tənqidi aldı, ona görə də təşkilatçılar bu il festival proqramında bəzi düzəlişlər etmək niyyətindədirlər. Bundan əlavə, yığıncaq iştirakçıları qeyd elədilər ki, festival ildən ilə yaxşılaşdırılmalıdır.

 Dərbənd şəhərində Cənubi Dağıstan gəncləri üçün mədəni-maarif forumun keçirilməsi planlaşdırılır. Bu, şübhəsiz ki, gənclər arasında böyük marağa səbəb olacaq və bizim sub-region üçün unikal hadisə olacaqdır.

Həmdə bu il FLMMM-in ənənəvi xeyriyyə tədbirləridə davam olunacaqlar. Müqqədəs Ramazan ayında Cənubi Dağıstanda iftar süfrələrin açılması, imkanı zəif olan ailələrə qurban payın verilməsi və sayirə kimi tədbirlər FLMMM gənclərin köməyi ilə həyata keçirməyə planlaşdırır.

Mədəniyyət və təhsil ilə yanaşı, FLMMM idmanın inkişafına da diqqət yetirir. Belə ki, yayda futbol üzrə Cənubi Dağıstan çempionatın keçirilməsi planlaşdırılıb.

Gördüyünüz kimi qeyd olunan layihələr FLMMM gəncləri tərəfindən ilk dəfə həyata keçirilmir, bu artıq ənənəvi hala çevrilmişdir. Əminliklə deyə bilərik ki, FLMMM-nin nümayəndələri və gənc fəalları bu il də bu çətin, amma maraqlı və faydalı işin öhdəsindən layiqincə gələrlər.

Gənclərimizə uğurlar arzu edirik!

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgi mədəniyyətinin döyünən ürəyi

Ləzgi liderlərin treninqi

Ləzgi gənclərin mükafatlandırılması

“Liderlər məktəbi” Məhərəmxür – 2015

Moskvada Ləzgi dili məktəbi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz