Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Görkəmli Qusarlı tədqiqatçı

Güli Əzizov haqqında

Görkəmli Qusarlı tədqiqatçı

 

Bugünkü yazının qəhrəmanı professor, tibb elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, "Lazer Cərrahiyyə və Kosmetologiya Mərkəzi"nın baş direktoru, Rusiya Təbiət Elmləri Akademiyasının əməkdar elm və təhsil işçisi, Moskva şəhər 219 nömrəli poliklinikasının baş həkimi Əzizov Güli Əziz oğludur. O Qusar şəhərində anadan olmuşdur.

Orta məktəbi əla qiymətlər ilə bitirdikdən sonra, qəhrəmanımız Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur.

Təhsili uğurla başa vurduqdan sonra, istedadlı gənc həkim Moskva vilayətinin Puşino şəhərinə göndərilir və orada təhsilini Bioloji Fizika İnstitutunda davam etdirir.

Öz elmi yolunu qəhrəmanımız təcrübəçi-tədqiqatçı kimi başladı, və qısa müddətdən sonra o tibbi biofizika laboratoriyasının kiçik elmi işçisi oldu.

İki il müddətində, 1986-cı ildən 1988-ci ilə qədər, həmyerlimiz A.V.Vişnevskiy adına cərrahiyyə İnstitunun kliniki ordinaturada təhsil aldı.

1988-ci ildən Əzizov SSRİ Səhiyyə Nazirliyinin Lazer Tibb İnstitutunda işləyir. Üç ildən sonra Güli Əzizov namizədlik dissertasiyasını müdafiə edir.

Sonra 10 il müddətində "Lazer Cərrahiyyə və Kosmetologiya Mərkəzi"nın baş direktoru vəzifəsində çalışır.

2002-ci ildə Güli Əzizov Rusiya Xalqlar Dostluğu Universitetinin tibb işçilərinin ixtisasının artırılması fakültəsinin dosenti seçilir.

2005-ci ildə, uzun elmi yolu keçdikdən sonra, Əzizov doktorluq dissertasiyasını müdafiə elədi.

2006-ci ilin oktyabrında görkəmli ləzgi alimi Rusiya Xalqlar Dostluğu Universitetinin lazer tibb kafedrasının professoru vəzifəsinə seçilir. Üç il keçdikdən sonra isə o professor adına layiq görülmüşdür.

İşlədiyi uzun illər ərzində, həmyerlimiz ölkənin tibb inkişafına böyük töhfə vermişdir. O, 100-dən çox elmi işin, 1 patentin, 8 tədris vəsaitinin, 1 monoqrafiyanın müəllif və həmmüəllifidir.

Elmin, praktiki tibbin və səhiyyənin inkişafına verdiyi böyük töhfəyə görə, Güli Əzizov "Peşə - həyat” beynəlxalq mükafatına layiq görülmüşdür.

Hal-hazırda, elmlər doktoru Güli Əzizov Moskva şəhərində 139 saylı şəhər poliklinikasında baş həkim vəzifəsində çalışır.

Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Güli Əzizova uğurlar, can sağlığı, elmi planların təcəssümünü arzulayır.

Məqalə açıq mənbələrdən materiallar əsasında yazılıb.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖR ...

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

Mədəniyyətlərin kəsişmə nöqtəs ...

Ədalətli qərar

ZƏHMƏTKEŞ ALIM

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz