Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Öz zәmanәsini qabaqlayan şair-әsgәr

Mirzə Kalukskinin yaradıcılığı Tabasaranın ruhunu təcəssüm etdirir

 


 

Tabasaranda tapılan, XVIIəsrdə tərtib edilmiş əlyazmaları bu qədim diyarın ağır taleyindən bəhs edir. Bu sərvətləri qoruyub artıraraq, onlar bizim günümüzədək gəlib çatmışlar. Yüz illər keçəndən sonra həmin dövrdə naməlum şairlərin yazdığı şeirlər, mahnılar ağızdan-ağıza keçərək qorunur, qədirbilən xələflər isə şairin xatirəsini əbədiləşdirmişlər (şəkildə: Xuçni kəndində Mirzə Kalukskinin abidəsi).

 

Tabasaran xalqının şücaətini tərənnüm edən şairlərdən biri öz xalqını dərindən sevən şair və əsgər Mirzə Kalukski olmuşdur.

 

Mirzə Kalukski Dağıstan xalqlarının dostluğunun tərəfdarı idi və həmişə dağlıları sülh və dostluq şəraitində yaşamağa, işğalçılara qarşı birgə mübarizə aparmağa çağırırdı. O öz əsərlərində bacardığı qədər öz xalqının müdafiəsinə, öz ənənələrinə məhəbbət, Tabasaran döyüşçülərinin vətənpərvərlik və şücaətini göstərən tarixi hadisələri tərənnüm etməyə çalışırdı.

 

Hələ yeniyetmə ikən Mirzə öz vətəninin arzu və istaklərini dağlılara çatdıra bilmişdi. Onun yazıb-yaratdığı dövr tarixin ən mürəkkəb bir kəsimi, Qafqazda ərəb təsirinin ikinci dalğası dövrü idi. Mirzə Kalukskinin şeirləri və poeziyası onu XVII-XVIII əsrlər Dağıstan mədəniyyətinin görkəmli simaları ilə bir sırada qoyur.

 

XVI-XIX əsrlər Dağıstan ədəbiyyatının hamısı orta əsrlər ərəb ədəbiyyatının ümumi təsiri altında idi. Ona görə də o dövrün əsərləri ərəb dilində yazılmışdı. Lakin onun kökləri Dağıstanın tarix və mədəniyyəti ilə bağlı idi. Ona görə də tarixin müəyyən kəsimində ərəb dilində yazılmağına baxmayaraq, o, mahiyyətcə, Dağıstan xalqlarının mənəvi sərvətidir. Mirzə Kalukski Dağıstan üçün parlaq irs saxlamış həmin şəxslərdən biri olmuşdur.

 

Digər Dağəstan xalqları kimi, tabasaranləlar da bu dövrdə öz ədəbiyyatını ərəb dilində yaratsa da, o, yerli zəminə əsaslanır və lokal, yerli xarakterli hadisələri əks etdirirdi. Bir çox xalqların poeziyası məhz bu cür inkişaf edirdi. Mirzə Kalukskinin yaradıcılığı da Dağıstanın tarixi, onun sosial-iqtisadi inkişafı, dağlıların istiqlaliyyət mübarizəsi ilə sıx bağlı idi.

 

Bir çox görkəmli müasir alimlər müztəlif illərdə bu istedadlı şairin yaradıcılığını tədqiq etmişlər. Mirzə Kalukskinin bioqrafik məlumatlarını professor B. Xanməhəmmədov yığıb nəşr etdirmiş, onun əsərlərini isə İ. Şahmərdanov, M. Mitarov, M. Həsənov yazaraq dərc etdirmişlər. Mirzə Kalukskinin şeirləri Tabasaran poeziyası antalogiyasında, "Dağıstan ədəbiyyatı”, Dağıstan xalqlari ədəbiyyatının müntəxabatı” kitablarında toplanmışdır.

 

Mirzə Kalukskinin yaradıcılığı M. Yusifovun "Tabasaran milli ədəbiyyatı” kitabında hərtərəfli təhlil olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, Mirzə Kalukskinin yaradıcılığı, poetik və ictimai fəaliyyəti hələ də layiqincə tədqiq olunmamışdır. O, indi də Tabasaran folklorunun ən populyar janrı olan, dağlı insanın dəqiq obrazını təsvir edən məhəbbət lirikasından çox gözəl istifadə etmişdir.

 

Qüyri-bərabər, niskilli məhəbbət, qovuşmaq imkanı olmadığından həlak olan qəhrəmanlar, nigahların, sövdələrin bədbəxtliyi, qızlarin pulla ərə verilməsi və bir çox başqa məsələlərlə bağlı mövzular onun rübailərində və başqa əsərlərində öz parlaq əksini tapmışdır. 

 

Feodal malikanələrindəki hakim sinfi maysumlar, qazilər, bəylər, uzdenlər (azad kəndlilər), rəiyyət (asılı kəndlilər) kəndli təbəqəsini təşkil edirdi. Bəzi Tabasaran aullarında isə qullar da var idi. Bu çox çətin dövr idi. XVII-XVIII əsrlərdə Tabasaran maysumların və qazilərin mülklərinə parçalanmışdı, onlar da öz növbəsində, bəyliklərə bölünürdü. Tabasaranda kənd icmaları da mövcud idi (Nitriq, Suak, Dirçe və s.).

 

1697-ci ildə uzden (zadəgan) ailəsində Mirzə Kalukski dünyaya göz açdı. O öz əsərlərində Tabasaran maysunlarını və bəylərinin ittiham edərək, onları adamyeyənlərlə müqayisə edir, həm də onları əməllərinə görə xəbərdar edirdi. Kalukski qəddar, xəsis, vicdansız istismarçılara qarşı kəskin çıxış edərək, uzdenlərin maraqlarını ifadə edir və sadə xalqı müdafiə edirdi. Şeirlərinin birində o, xanı ultimatum formasında xəbərdar edir ki, əgər o, ağıllanmasa, ağlını başına yığmasa, onu qisas gözləyir.

 

Bir şair kimi Mirzə Kalukski həmişə zəhmətkeşə dərindən rəğbət bəsləmiş, onun dərdini və qayğılarını, arzularını və istəklərini təsvir etmişdir. Məhz buna görə də onun lirikasında məhəbbət, dostluq, azadlıq mövzusu böyük yür tutur. Şairin "Xoşbəxt bülbül” şeiri (bülbül xoşbəxtdir, aşigdir, adamların dərd-sərindən xəbərsizdir, çünki onun nəğməsi sevinc gətirir, o, Günəş, məhəbbət haqqında oxuyur) bu baxımdan səciyyəvidir.
 

Şairin başına görə səxavətli mükafat vəd olunmuşdu

 

Yadelli işğalşılara qarşı mübarizə Mirzə Kalukski yaradıcılığında mühüm yer tutur. Məlumdur ki, Dağıstan xalqları ilk növbədə tabasaranlıların da daxil olduğu cənub xalqları fasiləsiz hücumlara məruz qalırdılar. Belə ki, XVIII əsrin birinci yarısında işğalçılar dəfələrlə Tabasarandan keçərək, dağlılara qarşı yürüşlər edirdilər. Yerli xalqların Nadir şahın qoşunlarına qarşı mübarizəsi ilə bağlı əfsanələr və rəvatətlər qorunub saxlanmışdır.

 

Mirzə Kalukski bir şair və döyüşçü kimi yerli əhalinin amansız işğalçıya qarşı mübarizəsinə rahbarlik edirdi. Nadir şahın qoşunları Dağıstana soxularkən Mirzə Kalukski xalqı qaniçən düşmənə qarşı mübarizəyə səslədi. Bu çağırış onun "Xalqa çağırış” şerində öz əksini tapmışdır. Burada şair yazır:

 

 Ay mənim əziz Tabasaranım, mənim doğma həmvətənlərim!

İran şahı – lal Nadir, mənfur düşmən üstümüzə gəlir.

Hamılıqla ayağa qalxaq, bir nəfər kimi, kimsə düşmənə baş əyərsə,

Qoy çıxmasın döyüş meydanına.

Dağıstan xalqlari qardaş kimi bir ailədə birləşəcək:

Avarlar, ləzgilər, darginlər, laklar – qardaşlar bizə köməkdir. 

 

Milli ədəbiyyat hər şeydən əvvəl öz bədii ənənələri əsasında inkişaf edir, amma bu zaman qonşu xalqların mədəniyyəti ona təsir göstərir. Tabasaranlılar ləzgilər, azəri türkləri, darginlər, kumıklar və başqa xalqlarla hərtərəfli əlaqələrdə olmuşlar. Bu planda Mirzə Kalukskinin yaradıcılığı müxtəlif xalqların sonradan gələn şair və yazıçılarının nəsillərinə öz təsirini göstərmişdir.

 

Mirzə Kalukskinin şücaətinin parlaq nümunəsi onun təkcə Tabasaran ərazisinə deyil, həm də başqa xalqların torpaqlarına hücum edən işğalçılara qarşı mübarızəyə başçılıq etməsidir. Mirzə Kalukski iranlı işğalçılara qarşı mübarizəyə öz "Keqer” adlı başqa bir şerində səsləyir. O, Nadir şahın qoşununa qarşı döyüşdə iştirak etmək məqsədilə 1741-ci ildə Anadalal vadisinə doğru hərəkət edən tabasaranlı dəstələrini öz ardınca apardı.

 

Dağıstan xalqları bu döyüşdə qalib gəlsələr də, onların tələfatı böyük idi. Mirzə Kalukskinin özü də bu döyüşdə həlak oldu. Şair xalqın poetik ənənələrini mənimsəyə bilmişdi. Adət və ənənələr Mirzə Kalukskini əbədiləşdirdi. Tabasaran cəmiyyətinin sosial strukturu əsasında o, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin realist obrazını yaratmış, kəndliyə məhəbbət ifadə etmiş, maysumları, bəyləri ifşa etmiş, xalqı dostluğa, yadelli işğalçılara qarşı birgə mübarizəyə səslamişdir.

Umqanat Süleymanova, FLMMM-in Tabasaran rayonundakı nümayəndəsi

.

.

Maybe you are interested in:

Maykl Lalli: Azәrbaycan ABŞ-a kәnd tәsәrrüfatı məhsulları ixrac edir

A.Kərimov Derbend-2000 haqqında

MƏŞƏL QUSARI NURA BOYADI

ŞÖHRƏTİ HEÇ VAXT SOLMAYAN QƏLƏBƏ

Аnаmın dili, sәn nеcә dә zәnginsәn…

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz