Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qurban payı

Cənubi Dağıstan gənclərin xeyriyyə tədbiri

Oktyabr ayın əvvəlində bütün müsəlman aləmi Qurban-suvar müqəddəs bayramını qeyd etdi. Hər il olduğu kimi, bu il də Dağıstanda Qurban-suvar ilə əlaqədar olaraq ehtiyacı olan ailələrə dəstək məqsədi ilə xeyriyyə tədbirləri keçirilmişdir.

 

Belə ki, FLMMM-in Genclər Departamenti və "Nadejda” xeyriyyə fondu Cənubi Dağıstanda birgə xeyriyyə kampaniyasını keçirtdilər.

Bayram payını ilk olaraq Suleyman-Stal rayonu qəbul elədi. Yerli vətəndaş cəmiyyəti fəallarına, həmçinin FLMMM-in Gənclər Departamentinin üzvlərinə üç öküz təhvil verildi, və onlar öz növbədə həmin əti 120 ehtiyacı olan ailəyə payladılar.

Sonra bayram payı Məhərəmxür rayonuna catdırıldı. Burada 161 ailəyə ət paylandı.

 

"Vozrojdenie” cəmiyyəti və könüllülər tərəfindən ayrılan vəsaitə 38 torba un alınmışdır. FLMMM-in Genclər Departamentinin üzvləri "Vozrojdenie” cəmiyyətinin işçiləri ilə birgə ehtiyacı olan ailələrin hər birininə bir çanta un çatdırdılar.

Həmin gün uç öküz Axtı rayonuna da göndərildi. Gənclər Parlamentinin rəhbəri Zeynidin Əbilovun verdiyi məlumata görə, Gənclər Parlamentinin fəalları həmin əti Axtı rayonun kəndlərində yaşayan ehtiyacı olan 130 ailə arasında payladılar.

Qeyd elemek lazımdır ki, iyul ayının axırında da Axtı rayon Gənclər Parlamenti aztəminatlı ailələrin hər birinə bir torba un çatdımışdılar. Bu xeyriyyə aksiyası Qurban bayramına həsr olunmuşdur.

 

FLMMM-in Genclər Departamentinin "Nadejda” xeyriyyə fondu ilə birgə keçirilmiş aksiyanı FLMMM Dagıstan nemayendəsi Magomed Əliyev belə şərh elədi: bu aksiya FLMMM-in Gənclər Departamenti üçün çox mənalı təcrübə idi. Bizim kimi gənclər tərəfindən yaradılan "Nadejda” xeyriyyə fondu Dağıstanın bütün millətlərinin gənclərini birləşdirir. Biz əminik ki, Cənubi Dağıstan rayonlarının "Nadejda” xeyriyyə fonduna bağlantısı təkcə ehtiyacı olanlara kömək yox, həm də sahədə gənclərin inkişafına güclü təkan verəcəkdir.

 

                                                                         Magomed Abdullayev        

 FLMMM-in müхbir kоrpusu

.

.

Maybe you are interested in:

Ləzgi gənclərin mükafatlandırılması

“Liderlər məktəbi” Məhərəmxür – 2015

FLMMM-nin gəncləri

Ədalətli qərar

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz