Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək ifadə edib

 

Azərbaycanda səfərdə olan Avropa İttifaqının sədri Donald Tusk bu gün vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə Helsinki Vətəndaş Assambleyasının sədri Arzu Abdullayeva, vəkil Xalid Bağırov, hüquq müdafiəçisi Səidə Qocamanlı, Səmərəli İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl və Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli iştirak ediblər.

Abdullayevanın Turan-a verdiyi məlumata görə, Tuska vətəndaş cəmiyyətinin problemləri və siyasi məhbuslar məsələsi ilə bağlı məlumat verilib. Onun sözlərinə görə, Tusk fəallara Aİ-yə mövcud problemlərin həlli üzrə təkliflər verməyi təklif edib. Həmçinin, Qarabağ münaqişəsi məsələsi müzakirə olunub.

Abdullayeva qeyd edib ki, Tusk demokratiyanın Aİ üçün prioritet məsələ olduğunu bildirib.

Şəhla İsmayıl öz növbəsində bildirib ki, Tusk da Aİ-nin digər yüksək vəzifəli məmurları kimi, Azərbaycanda demokratikləşmə məsələsinə birmənalı dəstək ifadə edib.

.

contact.az

.

Maybe you are interested in:

Tusk Bakını və Yerevanı aqressiv ritorikadan imtina etməyə çağırıb

Donald Tusk expresses support for civil society in Azerbaijan

Gesselin Azərbaycan vətəndaş cəmiyyəti ilə görüşü

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

Viktoriya Nuland vətəndaş cəmiyyəti nümayəndələri ilə söhbət edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz