Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib


 

AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi noyabrın 26-da qəbul etdiyi qətnamədə Ermənistan hakimiyyətini su resurslarından "siyasi təzyiq vasitəsi” kimi istifadəyə son qoyulmasına çağırıb.

Qətnamə "Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlanır. Sənəd Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçun məruzəsi əsasında hazırlanıb.

Məruzədə deyilir: "Ermənistanın işğal etdiyi Azərbaycanın rayonlarının birində yerləşən su anbarına 20 il ərzində müntəzəm texniki xidmət göstərilməməsinə görə bütün sərhədyanı region üçün təhlükə törədir. Sərsəng bəndinin lazımı vəziyyətdə olmaması xeyli sayda insan ölümü ilə böyük fəlakətə və yeni humanitar böhrana gətirib çıxara bilər”.

AŞPA komitəsi bu, təxirəsalınmaz humanitar problemlə əlaqədar Ermənistan Silahlı Qüvvələrinin qeyd edilən regiondan dərhal çıxarılmasına çağırıb. Bu, müstəqil mühəndislərin və hidroloqların su anbarına girişinin təmin edilməsinə şərait yaradar.

Sənəddə Ermənistan hakimiyyəti su resurslarının "siyasi təzyiq vasitəsi” kimi istifadəsinə son qoyulmasına çağırılır.

Qətnamə layihəsi 2016-cı il yanvarın 26-da AŞPA-nın plenar iclasına təqdim ediləcək.

.

www.contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

AŞPA Robert Uolterin Azərbaycanın işğal edilmiş əraziləri haqqında qətnaməsini qəbul etməyib

ATƏT MQ AŞPA-nı Ermənistan əleyhinə qətnamələr qəbul etməməyə çağırır

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz