Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb

 

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.

Avropa Məhkəməsinin açıqladığı qərara görə, jurnalistin mühakiməsi zamanı onun qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüququnu pozub. H.Məmmədov həbsdə olarkən onun vəkili Xalid Bağırov vəkillikdən uzaqlaşdırılmışdı. Avropa Məhkəməsi jurnalistin vəkilsiz buraxılmasının onun fərdi şikayət vermək (Konvensiyanın 34-cü maddəsi) hüququnu pozduğunu da öz qərarında qeyd edib. Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti jurnalistə mənəvi zərərə görə 13 min, hüquqi məsrəflərə görə isə 2500 euro ödəməlidir.

Qərarda qeyd olunur ki, 2012-ci ilin iyununda həbs edilmiş H.Məmmədov saxlanılan və polis idarəsinə aparılan zaman polis  və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Onlar H.Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.

H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.

Jurnalist Avropa Məhkəməsinə şikayətində Avropa Konvensiyasının 3-cü, 5-ci və 34-cü maddəsi ilə qorunan hüququnun pozuntusunun tanınmasını, dəymiş zərərin ədalətli əvəzinin kompensasiya edilməsini tələb edirdi.

"Amnesty İnternational” H.Məmmədov "vicdan məhbusu” kimi tanıyıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

Avropa Məhkəməsi: erməni “soyqırımını” inkar etmək olar

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz