Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakının yeni “Baş planı” saxta çıxdı

 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun hazırladığı "Bakı şəhərinin ərazilərindən istifadə və zonalaşdırma planı” (Baş plan)  şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərini əks etdirmir. Bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyəti bildirib.

Meriya hesab edir ki, Ələt qəsəbəsində ikinci sərnişin aeroportunun, Xırdalan şəhərində yeni metro stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi barədə institutun direktoru İlqar İsbatovun açıqlamaları həqiqətəuyğun deyil.

"Bu Baş plan heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə təqdim edilməyib. Odur ki, sözügedən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.

Xatırladaq ki, İ.İsbatov bildirib ki, Bakı və Abşeron 9 zonaya bölünəcək: Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiya.

Baş planın 2035-ci ilədək planlaşdırılması nəzərdə tutulub və astronomik məbləğ - 283,97 mlrd. manat həcmində dəyərləndirilir. Həmin vəsaitlərin mənbəyi göstərilməyib.

Planda nəzərdə tutulub ki, 2035-ci ilədək paytaxtın mənzil fondunun sahəsi 97,78 mln./kv. metr təşkil edəcək. Llayihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda 122 min bina söküləcək və köçürüləcək.

.

www.contact.az

.

Maybe you are interested in:

Almaniya da tənzimləmə planı təklif edir

AŞPA komitəsi Sərsəng su anbarı üzrə q&# ...

Qusarda yeni infrastruktur

ADQMŞ 2015-ci ildə mübarizənin mühüm istiqam& ...

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz