Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AİHM informasiya azadlığının pozulması haqqında şikayətləri araşdırmağa başlayıb

 

Avropa Məhkəməsi informasiya azadlığı hüququnun pozuntusu ilə bağlı Azərbaycandan göndəriliş 10-dan artıq şikayəti araşdırmağa başlayıb.

Avropa Məhkəməsinin saytında yer alan xəbərə görə, şikayətlər hökumətin ictimai vəsaitlərin xərclənməsi ilə bağlı bilgiləri qapalı tutması ilə bağlıdır. Həmin işlərin hamısında dövlət qurumlarına informasiya sorğusu göndərilib. Ancaq həmin sorğulara ya cavab verilməyib, ya da verilən cavablar istənilən bilgiləri tam əhatə etməyib.

Araşdırılan işlər Media Hüququ İnstitutu, İqtisadi Təşəbbüslərə Yardım, Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarının Müdafiəsi ictimai birliklərinin, habelə jurnalistlər Rövşən Hacıyevin, Yaşar Ağazadənin, Natiq Ədilovun, hüquqşunaslar Fariz Namazlının, Xalid Ağaliyevin şikayətləri ilə bağlıdır.

İnformasiya sorğularını Dövlət Neft Şirkəti, Nazirlər Kabineti, AzTV, Milli Məclis, Səhiyyə Nazirliyi, Bakı Dövlət Universiteti cavablandırmayıb.

Avropa Məhkəməsinə göndərilən şikayətlərdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması), 10 (ifadə azadlığı) və 13-cü (effektiv müdafiə vasitələrinin olmaması) maddələrinin pozuntusunun  tanınması istənilib.

Avropa Məhkəməsinə şikayətləri Media Hüququ İnstitutu (MHİ) hazırlayıb, göndərib. Şikayətçiləri MHİ təmsil edir.

Məhkəmə Azərbaycan hökumətinə şikayətlərlə bağlı suallar göndərib. Hkumət sualları gələn ilin mayınadək cavablandırmalıdır.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Məhkəməsi iki şikayət üzrə kommun ...

Azərbaycan hökumətini Avropa məhkəməsində ...

Avropa Məhkəməsi 25 QHT-nin qeydiyyat işı ilə ...

Avropa Məhkəməsi 5 iş üzrə kommunikasiyaya ba ...

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 şi ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz