Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Britaniyalı jurnalisti Bakıya buraxmayıblar

 

«Əliyevin idarəçiliyində həyat necədir ki, onlar bizim bunu görməyimizi istəmirlər?»

«The Independent»: «Hökumət «Azadlıq»ı bağlanmaq həddinə çatdırıb»

İngiltərənin "The Independent” qəzetinin əməkdaşı Azərbaycana buraxılmayıb. Bu barədə qəzetdə "The Independent”ə Azərbaycana gəlməyə imkan verilmədi" başlıqlı məqalədə məlumat verilib.
Müəllif Simon Asborn yazır ki, yüzdən artıq beynəlxalq medianın izlədiyi avtomobil yarışlarına təkcə onlar çağırılmayıb: "Düşünüblər ki, ”The Independent" təkcə 5 ulduzlu "Kempinski Hotel”də oturmaqla kifayətlənməyəcək. Onlar bunu doğru təxmin ediblər. Bizim Azərbaycanda olmağımız neftlə zəngin ölkənin özünü xaricdə ticarət və maliyyə mərkəzi kimi tanıtmasını araşdırmaq üçün bir imkan idi. Əliyevin idarəçiliyində həyat necədir ki, onlar bizim bunu görməyimizi istəmirlər? "The Baku World Challenge” yenidən prezident seçilmiş Ilham Əliyevin yaxşıca parladılmış tacının bir cövhəridir. O, medianın onun demokratiya, insan haqları və mətbuat azadlığına olan biganə münasibətini yox, daha çox onun parlaq imicini göstərməyinə üstünlük verir".
Məqalədə həmçinin bildirilir ki, Azərbaycanda bu il keçirilən seçkilər çox böyük hay-küyə səbəb olub. Seçkidən bir gün əvvəl nəticələr hıqqında məlumat yayılıb.
Yazıda ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatı olmuş Rebekka Vinsentin fikirlərinə də yer verilib. Xanım Vinsent məqalə müəllifinə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycandakı seçki barədə rəyini göndərib.
"Hesabatla tanışlıqdan sonra bəlli oldu ki, bu, dünyada ən çox saxtakarlıqla müşayiət olunan seçkilərdən biri olub”, - deyə müəllif hesabatı oxuduqdan sonra gəldiyi nəticəni bölüşür.
Rebekka Vinsent "The Independent”ə açıqlamasında deyib ki, seçkidən sonra Azərbaycanda güclü repressiyalar davam edib: "Azərbaycanda aparıcı müxalifət qəzeti olan ”Azadlıq" qəzetini hökumət bağlanmaq həddinə çatdırıb. "Amnesty International” bu ölkədə 18 nəfəri "vicdan məhbusu” elan edib. Insan hüquqları ilə bağlı vəziyyət pisləşməkdə davam edir. Eyni zamanda, hökumət beynəlxalq aləmdə güclü piar aparmaqla bunu ört-basdır eləmək istəyir".

.

Azadiq.info

.

Maybe you are interested in:

Əvəz Həsənov: “Dövlət kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır?”

“Azərbaycanda əsl tufan; Neft düşdükcə narazıları satın almaq mümkünsüz olacaq”

Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar

Novruz Məmmədov: Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər

Əli Həsənov Vaşinqtonla münasibətlərdə gərginlik müşahidə etməyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz