Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı

"Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb
APA-nın xəbərinə görə, sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar.
Saziş tərəflər arasında bu ilin iyulunda paraflanıb.
Sənədə əsasən müəyyən kateqoriyadan olan şəxslərin viza alması proseduru sadələşdirilir, viza üçün rüsum və tələb olunan sənədlərin sayı azaldılır.
Qeyd edək ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

.

pia.az

.

Maybe you are interested in:

Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzərində iş davam edir”

Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb

Moskvadan VİZA hədəsi: Kreml postsovet ölkələri ilə sərhədləri bağlamaq istəyir

Viza anlaşmasında qazancımız nə olacaq?

Viza anlaşması: qazancımız nə olacaq?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz