Главная > --- > “Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar


15.02.2015, 19:28. Разместил: Editor

 

"Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı həbsdə olan jurnalist Xədicə İsmayılovaya qarşı yeni ciddi ittihamlar irəli sürülməsini pisləyib.

"Biz İsmayılovanın dərhal azad edilməsi və ona qarşı irəli sürülmüş bütün ittihamların ləğv edilməsi çağırışımızı təkrar edirik.

Onun yeganə təqsiri ali dövlət məmurlarının korrupsiya faktlarını araşdırmaq və Azərbaycan həbsxanalarını dolduran siyasi məhbuslar haqqında materiallar dərc etməkdir”, deyə təşkilatın məlumatında bildirilir.

Xatırladaq ki, İsmayılova əvvəlcə özünü öldürmə həddinə çatdırmaqda ittiham olunurdu, dünən isə onu fırıldaqçılıq, mənimsəmə, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham ediblər. Bu maddələrlə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər. 


Вернуться назад