Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Tahircaldan olan şair-əsgər

İmam Şamil tələbəsi Əmirali haqqında

 

 

Bugünkü hekayənin qəhrəmanı ləzgi şair, əsgər, Rusiya-Qafqaz müharibəsinin iştirakçısı, İmam Şamilin müridi – Tahircaldan olan Əmirali və ya Əmirali Tahircalskiydir.

Əmirali Tahircalskiy (lezgi dilində: Əmirali Tahircalvi) 1790-ci ildə Quba qəzasının (indi Azərbaycan Respublikasının Qusar rayonu) Tahircal kəndində anadan olub.

Əvvəlcə, o, Qubada təhsil alırdı. Burada onun müəllimi tanınmış ləzgi alimi Hacı Muhammad Çələbi idi. Sonra Əmirali təhsilini Vini-Yaraq kəndində davam etdirdi. Yerli mədrəsə bütün Qafqazda tanınmış idi. Bu mədrəsə müridizmin təsisçisi, İmam Şamilin müəllimi Şeyx Muhammad Yaragvi tərəfindən açılmışdır.

Rusiya-Qafqaz müharibəsində iştirakı

Vini-Yaraqda Əmirali Qazi-Muhammad və İmam Şamil ilə bir yerdə təhsil alırdı, və məlumdur ki, dostlaşdılar. Əmirali həm də məşhur ləzgi alimi Alqadar Abdullah və tanınmış tarixçi Abbasqulu Ağa Bakıxanov ilə dostlaşdı.

Əmirali Tahircalskiy, Rusiya imperatorunun ordusuna qarşı vuruşaraq, İmam Şamilin sevimli mürüdlərdən biri idi. Bir neçə il Sibirdə sürgündə olmasına baxmayaraq, qorxmaz şair həbsxanadan qayıdan kimi, azadlıq uğrunda mübarizəni davam etdirdi.

Tarixi mənbələrdən məlumdur ki, Əmirali Tahircalskiy 1820-ci ildə Gavdishan mahalında (ləzgi dilində: Gavdişandin pel) General Yermolovun başçılıq etdiyi orduya qarşı döyüşdə iştirak etmişdir. 1823 ləzgilər ikinci dəfə Yermolovun ordusuna qarşı döyüşə getdiyi zaman, Əmirali 1500 əsgərdən ibarət dəstəni idarə edirdi. 1837-ci ildə, o həm də Quba qiyamında iştirak etmişdir.

Şair Əmirali Tahircalskiy

1980-ci ildə Bakıda "Gənclik” nəşriyyatında ləzgi ədəbiyyatşünas Mavlud Yarahmedov tərəfindən Tahircaldan olan Emirali və İxrekdən olan Rəcəbin şeirlər toplusu nəşr olunmuşdur. Məhz bundan sonra Əmirali Tahircalskiy müasir oxuculara şair kimi tanınmışdır.

Məlumdur ki, böyük bir müəllim kimi, Əmirali Kürdə mədrəsə açır və yoxsul uşaqları oraya cəlb edir. Bu mədrəsənin məzunları olan gənclərin çoxusu sonra alimlər olur. Öz şeirlərini ləzgi, türk və ərəb dillərində yazan Əmirali mədrəsədə təhsil alan illərdə artıq məşhur şair olmuşdur.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Milli dillərin qayğıkeşi

Ştaynmayer və Cənubi Qafqaz qonşuları

MÜSABİQƏYƏ YEKUN VURULDU

Ukraynada azərbaycanlı ilə yerlilər arasındakı ...

Öz zәmanәsini qabaqlayan şair-әsgәr

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz