Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan XİN: KTMT Baş katibinin bəyanatı birtərəflidir

 

"Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”. Bu cümlə bu gün Azərbaycan-Emənistan sərhədində baş verən insidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirlyinin bəyanatında əksini tapır.  

Müəlliflər KTMT-nin Baş katibininin açıqlamasını təşkilata üzv dövlətlərin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesinin mahiyyətinə zidd sayırlar.

Azərbaycanın işğal edilən ərazilərində yaradılmış qondarma rejimə N.Bordyujanın "Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməz adlandırılır. Bəyanatda KTMT Baş katibinə hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə durumu düzgün dəyərləndirmək tövsiyə edilir.

Müəlliflər hesab edirlər ki, Ermənistanın belə növbəti təxribata əl atması KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündə uğradığı məyusluqla əlaqəlidir.

Sənəddə vurğulanır ki, Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün substantiv danışıqları davam etdirəcək.       

Xatırladaq ki, dekabrın 29-u səhər Azərbaycan-Ermənistan sərhəddində silahlı münaqişə baş verib. Tərəflər mediaya açıqlamalarında bir-birini təxribat törətməkdə ittiham edir. KTMT Baş Katibi N.Bordyuja isə silahlı insidentə görə Azərbaycan tərəfi ittiham edib. 

.

www.contact.az

.

Maybe you are interested in:

KTMT baş katibi Azərbaycanı təxribatda ittiham edir

KTMT ölkələri XİN rəhbərləri Qarabağ ...

ATƏT-in baş katibi Ermənistan və Azərbaycan prezid ...

Elmar Məmmədyarov: Ermənistan qoşunlarını  ...

Bordyuja Azərbaycana Rusiya silahlarının satış ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz