Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM FUEN Kongresində

FLMMM Federal İttifaqının iclasında iştirakı

FLMMM FUEN Kongresində

FLMMM Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tatyana Çubrikova, FLMMM prezidenti Arif Kərimov,
ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Astrid Turs və FUEN prezidenti Xans Xaynrik Xansen.

2016-ci ilin mayın 18-də Polşada, Avropanın mədəniyyət paytaxtı Vroslav şəhərində FUEN (Avropa Federal Millətlər İttifaqının) 61-ci illik Kongresi açıldı. FLMMM nümayəndə heyəti – FLMMM prezidenti Arif Kərimov və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tatyana Çubrikova həmin Kongresdə iştirak elədi. Kongresin əsas məqsədi çoxsaylı qaçqınların gəlməsi nəticəsində Avropada yaranan ciddi vəziyyətin və bunun nəticəsində yaranan münaqişələrinin həllində milli azlıqların rolunun müzakirəsi oldu.

Kongresdə həmdə Polşada Alman təşkilatların Assosiasiyasının sədri Bernar Gayd, FUEN Prezidenti Xans Xaynrik Xansen, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Astrid Turs, Varşava şəhərində Polşa Daxili İşlər nazirinin müavini Sebastyan Xvalek, Polşa Seyma milli azlıqlar üzrə komitəsinin sədr müavini Rışard Galla, Almaniya Federal hökümətinin milli azlıqlar və etnik alman köçkünlərlə bağlı məsələlər üzrə komissar Xartmut Koşik, Vraslav şəhər meri Rafal Dutkeviç və digərləri iştirak elədi. 

FLMMM FUEN Kongresində

FUEN rəyasət heyətnin işi 

ATƏT-in ali komissarın iştirakı FUEN-in əhəmiyyətini və ATƏT ilə əməkdaşlığı vurğulayır. Ali Komissar milli azlıqların hüquqlarının müdafiəsi sahəsində öz təcrübəsini bölüşmək üçün konfransa gəldi.

Astrid Turs öz çıxışında qeyd elədi ki, milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının müdafiəsi sabit cəmiyyətinin təməlidir.

"Əyər hökümət ədalətli cəmiyyətin qurulmasında öz məsuliyyətini ciddi qəbul eləmirsə, milli azlıqlar həmin ölkənin xalqına mənsubiyyət hissini itirirlər.


Əyər milli azlıqlar və hakimiyyət arasında dialoq kanallar yaradılmasa, çox güman ki, milli azlıqlar qonşu dövlətlərin dəstəyini axtaracaqlar. Və bu daha gərginliyə səbəb ola bilər” – Astrid Turs əlavə elədi.


Konfransın ilk günü ATƏT-in ali komissarın təşəbbüsü ilə FLMMM nümayəndə heyəti Astrid Turs ilə görüşdü.


Söhbət zamanı xanım Turs Ləzgi xalqın vəziyyəti ilə maraqlandı. FLMMM Prezidenti Arif Kərimov ətraflı olaraq vəziyyətin inkişafı haqda danışdı. Ləzgi məsələsini müzakirə etmək üçün gələcəkdə Haaqada görüşün keçirilməsi planlaşdırıldı.

FLMMM FUEN Kongresində

FLMMM nümayəndə heyətinin səsvermədə iştirakı

Qurultay çərçivəsində bütün FUEN üçün əhəmiyyətli bir sıra tədbirlər yer aldı: təşkilatın adı və əsasnamə deyişdirildi, və həmdə Avropa Milli Azlıqlar İttifaqına yeni prezident seçildi.

FUEN qətnaməsi


Avropa Milli Azlıqlar İttifaqının qətnaməsi qəbul olundu. Qətnaməyə iki ümumi hissə daxildir: "Tanınma, hüquq və özünüidarə haqqında” və "Milli azlıqların dilləri və dil intibahı haqqında”.



Ümümi hissələrdən əlavə, qətnamədə daha xüsusi bölmələrdə var. Onların sırasında həmdə "Federal Ləzgi Milli-Mədəni Müxtariyyətinin qətnaməsi”də yer aldı.

FUEN prezidenti Lorans Vins və FLMMM prezidneti Arif Kərimov

FUEN-in yeni prezidentin seçilməsi

Mayın 21-də gizli səsvermə yolu ilə Lorans Vinc FUEN-in yeni prezdineti seçildi. 176 səsdən 89 səs ona verildi.

Səsvermənin nəticələrinin açıqlanmasından sonra FLMMM prezidenti Arif Kərimov FUEN-in yeni seçilmiş prezidneti Lorans Vins ilə görüşdü, onu belə bir məsuliyyətli və şərəfli vəzifəyə seçilməsi münasibəti ilə təbrik elədi. Lonarns Vins öz nöbəsində onun namizədliyini dəstəklədikləri üçün FLMMM nümayəndə heyətini təşəkkür elədi.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

FLMMM ləzgi dilini qoruyur

ATƏT-da FLMMM-in səsi

FLMMM-in payız sessiyası

2014-cü ilin nəticələri

FLMMM Avropa Parlamentində

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz