Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyev RF ombudsmanı Tatyana Moskalkovanı qəbul edib

Avropada mühacirlərlə bağlı problem kəskin xarakter alıb. Müəyyən siyasətçilər və KİV açıq-aşkar mühacirlərə hücum edir və bu, məhz multikulturalizm ideyalarına hücum kimi qiymətləndirilməlidir. Bu barədə prezident İlham Əliyev RF ombudsmanı Tatyana Moskalkova ilə görüşdə bildirib.

Əliyev insan hüquqlarının və multikulturalizm ideyalarının müdafiəsində vahid standartların tətbiqinin vacib olduğunu qeyd edib.

Moskalkova Azərbaycanda Ombudsman institutunun yaradılmasının 15 illiyinə həsr olunmuş "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda iştirak etmək üçün Bakıya gəlib.

O qeyd edib ki, iki ölkənin ombudsman aparatları arasında bu gün imzalanmış yeni sazişlər əməkdaşlıq üçün müqavilə-hüquqi bazanı genişləndirir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Ilham Aliyev received the Ombudsman of the Russian Federation Tatyana Moska ...

Ölkəmizə səfərə gələn ABŞ sena ...

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqlar&# ...

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qə ...

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz