Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgilərin adının tabulaşdırması?

Azərbaycanda azsaylı xalqların adı qeyd olunmur

Təəsüflə qeyd etməliyik ki, növbəti dəfə Azərbaycan Respublikasının bəzi rəhbərlik nümayəndələri, regional hakimiyyət orqanları və media işçiləri ölkədə yaşayan azsaylı xalqlara qarşı kobudluq göstərdilər. Və bu kifayət qədər mütəmadi baş verir.

 

Belə ki, aprelin 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Qusar rayonu və onun mədəni və regional xüsusiyyətləri haqqında təqdimat keçirildi.

Trend.az saytın verdiyi məlumata görə, tədbir "Bölgələrdən paytaxta” layihəsi çərçivəsində, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi və Qusar rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Qusar rayon rəhbərliyinin dəstəyi ilə keçirilmişdir.

Tədbirdə həm də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak elədi.

Tədbir teatr foyesində yerləşən ekspozisiya ilə tanışlıq ilə başladı. Qusar rayonun tarixi, sosial-iqtisadi nailiyyətləri, turizm potensialı qeyd edən stendlər var idi. Bundan əlavə, sərgidə milli mətbəxi, kənd təsərrüfatı məhsulları, xalq sənətkarların işləri təqdim olunmuşdur.

 

Tədbir zamanı bir neçə dəfə qeyd edildi ki, ölkədə yaşayan azsaylı xalqlara, onların mədəniyyətinin inkişafına xüsusi əhəmiyyət verilir və buna sübut 2016-ci il Azərbaycanda "Multikulturalizm ilin” elan edilməsidir.

Amma əslində nə baş verdiyini görək.

Trend.az saytın materialında Qusar rayonun etnik çoxluğu təşkil edən Ləzgi xalqı haqqında heç bir söz yazılmayıb. Yeqin bu o deməkdir ki, tədbirin özündə də Ləzgi xalqı haqqında bir söz deyilibsə də, yalnız etnik qrupların ümumi siyahısında adı çəkilib.

"Qeyd olundu ki, Qusar rayonu Azərbaycanın azsaylı millətlərin yaşadığı regionlarından biridir" – trend.az saytın materialında yazılıb.

Bu "azsaylı millət” Qusar rayonu əhalinin 90% çoxu təşkil edir, Azərbaycanın ikinci ən böyük etnik qrupudur və ölkənin bir neçə şimal rayonun əhalinin əsasıdır. Amma bütün bunlara baxmayaraq, Qusar rayonu təqdimatında Ləzgi xalqı haqqında bir  sözə belə deyilmədi.

 

Amma tədbirdə məhz Ləzgi milli mədəniyyətin, adət- ənənələrin, folklyorun, rəqslərin, mahnıların, xalçaçılığın, dulusçuluq sənətin, mətbəxin, məişət əşyaların, dini təçrübənin, dilinin xüsusiyyətləri təqdim olunmuşdur. Məsələn, Ləzgi "hran fu” çörəyinin bişirməsi üzrə master-klass təşkil olunmuşdur, amma qonaqlara bu çörəy azərbaycan çörəyi kimi təqdim edilmişdir.

Belə hallar Azərbaycanda tez-tez baş verir. Məsələn, Qusarın "Azərbaycanın folklyor paytaxtı” təqdimatında, 2015-ci ilin oktyabrın 20-də Xaçmaz rayonun təqdimatında, Şəki, Qəbələ, İsmayıllı, Quba rayonlarının təqdimatlarında yerli xalqlar haqqında bir söz deyilmədi, və bütün Ləzgi yeməkləri - afarar, cikenar, xinkal, bizim içkilərimiz, şirniyyatlar və daha nələr azərbaycan mətbəxinin yeməkləri kimi təqdim olunmuşdur.

 

Sonda qeyd eləmək istəyirik ki, Azərbaycan Respublikasının rəsmiləri və media nümayəndələri tərəfindən Şimali Azərbaycan yerli xalqların məhəl, ölkə rəhbərliyinin milli azlıqların mədəniyyət və dil xüsusiyyətlərin qorunması və inkişafı problemlərinə xüsusi diqqət haqqında çoxsaylı bəyanətlərin fonunda baş verir.

Ümid edirik ki, Azərbaycan rəhbərliyi bu ədalətsizliyi aradan qaldırmaq üçün müvafiq tədbirlər görəcək və Azərbaycanda millətlərarası münasibətlər sahəsində proqramların həyata keçirilməsinə daha diqqətlə nəzarət edəcək.

 

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Qusarda mədəni transformasiya?

Şahdağ: assimilyasiya planın kurortu

Azərbaycanda yerli xalqların problemləri

"Azərbaycan multikulturalizmi"

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz