Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İsrail Azərbaycanın stabil tranzaksiyasını təmin edəcək

 

İsrailin baş naziri Netanyahunun Bakıya, daha sonra Astanaya qısamüddətli səfərləri daha çox Xəzəryanı neft ölkələrinin yaşadığı dərin iqtisadi böhranın səbəb olduğu sistemli problemlər nəticəsində çılpaqlaşan Azərbaycan və Qazaxıstanın sabitliyinə olan təhlükələrlə şərtlənmiş ola bilər.

Mossad rəhbəri Yosi Koen səfəri təhlükəsizlik sahəsində aktual məsələlərin müzakirəsi nöqteyi-nəzərdən strateji cəhətdən əhəmiyyətli səfər adlandırıb.

Breakingisrailnews http://breakingisraelnews.net/79988/security-agreement-between-israel-and-azerbaijan-during-netanyahu-travel-to-baku/#91k2yZAD3AZVUTQw.97 nəşrinin məlumatına görə, son bir neçə gün ərzində İsrail rəsmi olaraq iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini qaldırıb və bununla bağlı ilkin danışıqlar aparılıb. "Ümid edirəm ki, qalan günlərdə rəsmi qarşılıqlı anlaşma memorandumunun yekun mətni hazırlanacaq və hər iki ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən imzalanacaq”, deyə Koen bildirib.

Sazişdə hər iki tərəf təhlükəsizliklə bağlı ümumi təhlükələrlə bağlı çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb və Tel-Əviv Azərbaycan hökuməti üçün texnika və qabaqcıl təhlükəsizlik sistemlərini inkişaf etdirmək və səfərbər etmək öhdəliyi götürüb.

"Azərbaycan təhlükəsizlik xidmətinin əməkdaşları ilə ilkin razılaşmalara əsasən, Mossad terrorizmə qarşı mübarizə, dini ekstremizm, çevrilişin qarşısının alınması və çoxtərəfli regional ittifaqların yaradılması sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edəcək. Bununla əlaqədar olaraq tərəflər Mossadın bir sıra təcrübəli zabitlərinin Bakıda fəaliyyətə başlayacağını razılaşdırıblar. Həmçinin, Tel-Əviv və Bakı arasında təhlükəsizlik məsələləri üzrə birgə iclaslar hər rübdə keçiriləcək”, deyə Koen bildirib.

Sazişin məqsədi haqqında suala cavabda o deyib: "Bu sənəd, şübhəsiz, Azərbaycanın xarici təhlükələrə qarşı təhlükəsizliyini artıracaq və regionda hər iki ölkənin təhlükəsizliyini təmin edəcək”.

İsrailin 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıdığı andan etibarən qurulmuş ikitərəfli münasibətlər ərzində Azərbaycan ardıcıl olaraq öz təhlükəsizliyinin təmin edilməsi üçün Tel-Əvivin dəstəyinə nail olmağa çalışıb. Buna xüsusən xüsusi xidmətlərin əməkdaşlığı və müxtəlif ölkələrdə, yüksək biznes  dairələrində və ilk növbədə ABŞ-da yəhudi lobbisi vasitəsilə maraqların təşviqi nöqteyi-nəzərdən baxılmalıdır.

Öz növbəsində, İsrail dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla Türkiyə, Misir, İordaniya kimi müttəfiq dövlətlərlə yanaşı, müsəlman ətrafda təhlükəsizlik zəncirinin əlavə halqası kimi maraqlanırdı. İsrailə Azərbaycan neftinin ixracı və İsraildən silah alınması mövzusu əməkdaşlığın kifayət qədər mühüm əhəmiyyət kəsb edən texniki və maddi aspektidir.

Avrasiya məkanında İsrailin yuxarıda qeyd edilən maraqlarının müxtəlif aspektləri olan Rusiyadan başlayıb, Türkiyə, Azərbaycan, Qazaxıstan və s. qədər İsrailin tərəfdaşı olan ölkələrin zəiflədiyini dəqqətə alaraq, Tel-Əviv regional siyasəti açıq-aşkar üstün xarakter qazanan Birləşmiş Ştatların köməkçi tərəfdaşı rolu oynayaraq, bu məkanda öz nüfuzunu gücləndirəcək.

Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması planları haqqında bəyanatını yüksək qiymətləndirib. Trampın bu reveransı avtoritarizmdən demokratiyaya keçid dövründə Avrasiya regionunda İsrailə daha böyük rol vermək istəyinə dəlalət edir. ABŞ-İsrail tandeminin güclənməsi o demək olacaq ki, yəhudi dövləti Amerikanın Avrasiya doktrinasının təsiri altında hərəkət edəcək və bu ölkələrdən dinc islahatlara şərait yaradacaq. Əks halda Tel-Əviv Azərbaycan kimi dost ölkələrlə münasibətlərdə heç bir müsbət tarixi epizodlara və maddi mənfəətlərə məhəl qoymadan, ABŞ-ın maraqlarının bir hissəsi olan öz milli maraqları nöqteyi-nəzərdən hərəkət edəcək.

 

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Roqozin Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşl&# ...

Azərbaycan-İsrail hərbi əməkdaşlığ& ...

Rusiyanın Cənuba sıçraması yolunda Qarabağ m& ...

Azərbaycan və Türkiyə xarici işlər nazirl< ...

Bakı və İslamabad Kaşmir və Qarabağın t& ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz