Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiya Gürcüstan və Azərbaycanı təcrid etməyə çalışa bilər - Brayza

 

Rusiya enerji daşıyıcıları məsələsindən istifadə edərək Gürcüstan və Azərbaycanı təcrid etməyə çalışa bilər, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza bu fikri "Amerikanın Səsi"nin Gürcüstan redaksiyasına bildirib.

Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasının Gürcüstana və Cənubi Qafqaza necə təsir edəcəyi haqqında suala cavabda Brayza deyib ki, Gürcüstana birbaşa təsir gözləmir.

"Məni daha çox enerji daşıyıcıları məsələsi narahat edir, Rusiya bu məsələdən istifadə edərək Gürcüstan və Azərbaycanı təcrid etməyə çalışa bilər. "Türk axını" qaz kəmərinin məqsədi Rusiya qazının Aİ-yə çatdırılması və Azərbaycanın enerji sahəsinə investisiyaların azaldılmasıdır. Zənnimcə, bu, Rusiyanın Gürcüstan və Azərbaycanda təsirini gücləndirməyə yönəlmiş strategiyasının bir hissəsidir", deyə Brayza bildirib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Rusiya və Azərbaycan Xəzərdə əməkdaş ...

Mövlud Çavuşoğlu: “Ərdoğanla Putinin yeni g&# ...

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə ...

Azərbaycan və Türkiyə xarici işlər nazirl< ...

ABŞ dövlət katibinin müavini: TANAP Avropanı Rusiy ...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz