Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda Dağıstan günləri

Ekspertlərin şərhləri

12-13 May tarixlərində Azərbaycanda ilk dəfə olaraq Dağıstan günləri keçirildi. Açılış mərasimi mayın 12-də Heydər Əliyev sarayında keçirilidi. Konsert proqramına tanınmış Dağıstan artistləri və kollektivlərinin çıxışları daxil oldu. Mədəniyyət günləri çərçivəsində Dağıstan kollektivləri Azərbaycanın bir sıra şimal rayonlarında çıxış elədi.

 

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Azərbaycan investorlarını cəlb eləmək niyyətində olduğunu bildirdi. TASS agentliyinə verdiyi müsahibədə o qeyd elədi: "Biz Bakıda 30-dan çox layihəni təqdim etmək niyyətindəyik – o cümlədən, təbii əhtiyatlarının mədən hasilatı və emalı üzrə istehsalı. Bizim artıq Azərbaycan tərəfi ilə qumun aktivləşdirilməsi üzrə müəssisənin yaradılması barədə razılaşmamız var”.

Azərbaycanda Dağıstan günləri və R.Abdulatipovun Bakıda həmyerlilərimiz ilə görüşlər barədə suallarımıza ekspertlərin cavablarını sizə təqdim edirik.

Milrad Fətullayev, politoloq, jurnalist, RİA "Dərbənd" qəzetinin baş redaktoru:

"Azərbaycan və Dağıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsi əvvəllər də aşağı idi. Bakıdan Dağıstana mümkün investisiyalar haqqında çox danışılır. Amma belə imkanlar cənubi qonşumuzda yoxdur. Maksimum – otellərin tikintisi və istixana kənd təsərrüfatının inkişafı haqqında söhbət gedə bilər. Öz növbəsində, Bakı Dağıstan şərab və konyak sahəsinə çıxışını eldə etmək istəyir.

Samurun hər iki sahilində yaşayan bizim əhalimiz arasında mədəni, sosial, humanitar və digər sahələrdə münasibətlərin inkişafını gözləməyə deyməz. Bu tədbir yayındırıcı xarakter daşıyır, onun örtüyü altında bizim rəhbərliyimiz öz işlərini görür. Azərbaycanda Dağıstan xalqlarının vəziyyəti, problemləri  haqqında danışılmayacaq, üstəlik, bu tədbirlər həmin problemlərinin həllinin görünürlüğünü, özünü aldatma, bu sahədə ciddi problemlərin kamuflyajına gətirib çıxaracaq.

Azərbaycanda Dağıstan günləri

 

Ruslan Kurbanov, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi:

"Dağıstan hakimiyyətinin bütün təşəbbüslərinə kimi, bu təşəbbüsə də son dərəcə şübhə ilə yanaşıram. Çünki son illər sübüt elədilər ki, onlar ilk növbədə yalnız öz korporativ maraqlarını həyata keçirirlər. Heç bir zaman, heç bir məsələdə onlar xalqın, respublikanın adi vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın maraqlarını öz bürokratik, korporativ maraqlarından üstün qoymadılar.

Ona görə düşünürəm ki, bu görüş yalnız nümayişkaranə qucaqlaşmalar, protokol sənədlərinin imzalanması ilə məhdudlaşacaq. Heç bir faktiki iş görülməyəcək”.

Magomed Magomedov, "Çernovik” qəzetinin xüsusi müxbiri:

Bir qayda olaraq, bu cür tədbirlərin əsas məqsədi digər ölkəyə iqtisadiyyatının müxtəlif sahələrində öz imkanlarını göstərmək,  eləcə də özləri, adət-ənənələri, mədəniyyəti, incəsənəti haqda danışmaq və biri-birinə qarşılıqlı investisiyalarını təklif eləməkdir.

Dağıstan Günləri təyinatının iki versiyası haqqında danışmaq olar: birincisi – bu tədbir Azərbaycan ilə daha yaxın münasibətlərinin formalaşması ilə bağlı olan bir sıra tədbirlərin davamıdır.

 

İkincisi – heç kimə sirr deyil ki, Dağıstan hakimiyyət elitasının Azərbaycan hakimiyyəti ilə sıx əlaqələri var və federal səviyyədə hər hansı bir problem yarananda¸ Azərbaycan rəhbərliyinə, lobbiçilərinə kimi, müraciət edir.

Qısa olaraq demək olar ki, bu tədbirdən Dağıstan sərfəli investisiyaları, Azərbaycan isə Dağıstan iqtisadiyyatında güzəştli iştirakı eldə etməyi gözləyir.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Azərbaycan və Macarıstan strateji tərəfdaş ol ...

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyy ...

Bakı və İslamabad Kaşmir və Qarabağın t& ...

FLMMM-nin gəncləri

Ləzgi mədəniyyətinin inkişafı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz