Məmur korpusunda kütləvi həbslər gözlənilir
Hökumət məmur-vətəndaş qarşıdurmasını azaltmaq üçün sərt tədbirlər hazırlayır
Qarşıdakı il polis rəisləri, hakimlər, prokurorlar, idarə müdirləri üçün ağır keçəcək
Prezident İlham Əliyev 2014-cü ilin əsas prioritetləri sırasında sosial-iqtisadi sahədə problemlərin həllini göstərib. Bu sıraya maaşların, pensiyaların, müavinətlərin artımı, dövlət qurumularında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhaliyə xidlmət səviyyəsinin yaxşılaşdırılması daxildir.
Hökumətdəki qaynaqlar xəbər verir ki, qarşıdakı il orta və aşağı ranqlı məmurların kütləvi həbsləri ilə yadda qalacaq. Aztəminatlı əhaliyə, sahibkarlara ayrılan dövlət vəsaitələrini mənimsəyən çoxlu sayda məmur işini itrrəcək, istintaqa cəlb olunacaq. Bu dəfə yerli icra strukturlarının, hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı ənənəvi «güzəştlər» təbiq olunmayacaq. Mənbə bildirib ki, Prezident Administrasiyasına, Korrupsiyaya Qarşı Mübraizhə İdarəsinə edilən şikayətlərin obyektiv araşdırılması üçün ciddi tədbirlər görüləcək. Bu kampaniyanın gedişində bir neçə icra başçısının, polis rəsinin, hakimlərin, prokurorların da vəzifələri ilə vidalaşacağı gözlənilir.
Qaynağın bilgisinə görə iqtidarda dəqiq nəticəyə gəlinib ki, elektron hökumət təşəbbüsünün həyata keçrilməsi, aşağı səviyyədə rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılması üçün məmur korpusunun böyük əksəriyyəti ilə vidlalaşmaq lazımdır.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.
QREKO: Azərbaycanın hüquq sistemi siyasi sifarişləri yerinə yetirir
Masalli sakinləri kütkəvi ölüm acliğina başlayacaq
Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir
Şərh əlavə edin